• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslar üçün nişanlanma xətləri yenilənir - FOTOLAR

Avtobuslar üçün nişanlanma xətləri yenilənir - FOTOLAR
15.09.2015 19:16
"Azəryolservis” ASC məlumat yaydı.

Avtomobil yollarında həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə bir müddətdir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. 

ASC-dən Oxu.Az-a verilən məlumata əsasən, Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən, küçə və prospektlərdə avtobus dayanacaqlarının önündə, yolun hərəkət hissəsi ilə səki arasında xüsusi nişanlanma xətlərinin çəkilişi davam etdirilir. 

Sarı rəngli ziq-zaq məlumatverici üfüqi nişanlanma xətləri artıq şəhərin 33 küçə və prospektində çəkilib. İndiyə qədər 170 avtobus dayanacağı bu cür məlumatverici nişanlanma xətti ilə təchiz olunub. Nişanlanma xətlərinin önündə, dayanacağa giriş hissədə asfalt üzərinə ingiliscə "BUS” sözü də yazılır.

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə də Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir. Zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilir, mövcud və rəngi solmuş zolaqlar isə yenidən rənglənir. Bu çərçivədə Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında xeyli iş görülüb. 

Yeni tədris ilinin başlaması ilə əlaqədar, xüsusi olaraq məktəblərin yerləşdiyi 91 küçə və prospektdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Hazırda digər küçə və prospektlərdə bu işlər davam etdirilir.





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol