• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya həsrət qalan rayon camaatı

Bakıya həsrət qalan rayon camaatı
15.09.2015 17:39
Rayondan xəstə gətirən şəxslərin də paytaxta girişinə qadağa qoyulub.

Bu gün səhər saat 07:00-dan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin paytaxta buraxılmasına qadağa qoyulub.

ANS PRESS-in məlumatına görə, rayonlardan Bakıya daxil olan bütün yollarda polis postları qurulub. Həmin postlarda olan polis əməkdaşları rayonlardan gələn sürücüləri Bakının iki əsas girişində qurulan pulsuz avtodayanacaqlara yönləndirirlər. Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və "VAZ yol qovşağı” adlanan sahədə, ikincisi isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.
 



Sürücüləri dayanacalara yönləndirən polis əməkdaşları

Şimal istiqamətindən daxil olan sürücülər "VAZ yol qovşağı” dayanacağında avtomobillərini saxladıqdan sonra onların şəhərə gediş gəlişini təmin etmək üçün 135, 199 və 203 saylı pulsuz avtobus xətləri yaradılıb ki, bu avtobuslar vasitəsi ilə rayonlardan gələn sakinlər "20 yanvar” metro stansiyasına çatdırılacaq.


İnsanları daşımaq üçün nəzərdə tutulan avtobuslar


Lakin burada diqqət çəkən bir məqam içərisində xəstə sərnişini olan rayon maşınlarının da şəhərə buraxılmamasıdır.

Avtodayanacaqda nəzarətçi olan şəxslər deyir ki, maşınında xəstəsi olan sürücülər də avtomobillərini dayanacaqda saxlamalıdırlar. 

"Burada bizim tibbi yardım otağımız var. Həmin otaqda xəstəyə ilkin yardım göstərilir. Lakin əgər xəstənin vəziyyəti ağır olarsa onu dərhal ərazidəki təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya çatdırırıq”,-deyə dayanacaq işçisi Rasim Məmmədov bildirdi.


Əraziyə cəlb edilmiş Təcili Tibbi Yardım maşını


Ərazidəki növbətçi həkim də, onlarda ilkin tibbi yardım üçün bütün vasitələrin olduğunu və hansısa xəstədə ağırlaşma halı baş verəcəyi təqdirdə təcili yardım vasitəsi ilə həmin xəstənin paytaxta aparılacağını dedi.

Rayonlardan gələn sürücülər və sərnişinlər isə deyilənlərlə razılaşmır.

Sürücü Zaur İsmayılov Xaçmazdan ağır xəstə gətirdiyini, lakin həmin xəstənin paytaxta aparmasına icazə verilmədiyini bildirdi.

Onun sözlərinə görə, o paytaxtdakı yarmarkalara da tez-tez ərzaq məhsulları gətirir.

"Dayanacaqlar şəhərdən çox uzaqdır. Mən ərzaq gətirdiyim zaman bu dayanacaqlarda dayanmalı, və yükümü burdan başqa bir yük maşını ilə aparmalı olacam. Bu da əlavə pulumuzun itməsinə gətirib çıxarır”,-deyə Z. İsmayılov bildirdi.

Zaur İsmayılov kimi narazı sürücülər kifayət qədər çoxdur.

Bəzi sürücülər isə dayanacaqda saxlayacaqları avtomobillərinin təhlikəsizliyindən narahatdırlar.

Onlardan biri də sürücü Nihat Sultanovdur. O, deyir:"avtomobilimi dayanacaqda saxlayıb şəhərə getsəm və qayıtdığım zaman maşınımda hansısa xəsarət görsəm kim ödəyəcək bu xəsarətin pulunu?”.

Məntəqədən isə sürücünün sualına cavab olaraq bildirdilər ki, ərazidə müşahidə kameraları var və həmin kameralar vasitəsi ilə müntəzəm olaraq maşınlara nəzarət edilir. Əgər bir xəsarət olsa həmin sürücü kamera vasitəsi ilə müəyyənləşdiriləcək və dəymiş ziyan həmin sürücüyə ödətdirililəcək.

Hazırda 1100 avtomobilin saxlanması üçün nəzərdə tutulan "VAZ yol qovşağı”nda qurulan avtodayanacaqda hələlik kifayət qədər avtomobil yoxdur.


Yeni avtodayanacağın yerləşdiyi ərazinin xəritəsi


Bu lahiyə ilk dəfə Birinci Avropa Oyunları zamanı tətbiq edilməyə başlanmışdı. Oyunlara görə, iyunun 1-dən 30-dək rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qadağa qoyulmuşdu. 

Bir neçə gün əvvəl isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağı ilə bağlı qərar qəbul edib.

Ərazidə sürücü və sərnişinlər üçün gözləmə zalı, kafe, ana-uşaq otağı, tibb otağı, yol polisi əməkdaşları üçün xidməti otaqlar var.




"VAZ yol qovşağı”nda yerləşən avtodayanacaq

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol