• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Avropa Parlamentinin qətnaməsinə münasibət bildirdi

İlham Əliyev Avropa Parlamentinin qətnaməsinə münasibət bildirdi
15.09.2015 18:17
"Bu qətnamə mənim üçün kağız parçasından artıq deyil, buna əhəmiyyət vermirəm”

"Azərbaycan parlamentinin dünənki qərarının səbəblərini bilirsiniz. Bir neçə gün əvvəl Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bu qətnamə əsassızdır, yalan, böhtan üzərində qurulmuş siyasi təxribatdır. Biz bunun arxasında hansı qüvvələrin dayandığını bilirik”.
 
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, həmin qüvvələr indiyə kimi də Azərbaycana qarşı dəfələrlə böhtanlar irəli sürüblər:
 
"Onlar bununla inkişaf edən, müasir, özünün müstəqil siyasəti olan Azərbaycanın imicinə kölgə salmağa çalışırlar. Burada erməni lobbisinin rolunu da görürük. Avropanın hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbisinin üzvləri arasında əlaqələri araşdırsalar, yaxşı olar. Həmin qətnamənin təşəbbüskarı olan bəzi deputatlar bu vaxta qədər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərlər ediblər. Beləliklə, Azərbaycan qanunlarını kobud şəkildə pozublar. Avropa məkanında, Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıb. Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın, imicini ləkələsin. Şəxsən bir prezident kimi, bu qətnamə mənim üçün kağız parçasından artıq deyil. Buna əhəmiyyət vermirəm. Bunu əlbəttə ki, pisləyirəm. Lakin bu qətnamə bizə heç bir təsir etməyəcək. Azərbaycanı özünə ram etmək istəyən xarici dairələrə demək istəyirəm ki, sizin səyləriniz əbəsdir. Azərbaycan öz milli maraqları çərçivəsində siyasət aparır. Şantaj və ya digər yollarla heç kəs Azərbaycana təsir edə bilməz. O ki qaldı Azərbaycan parlamentinin reaksiyasına, bu reaksiya gözlənilən idi. O, müstəqil qurum kimi öz rəyini ifadə edir. Deputatlar çıxışlarında öz fikirlərini ifadə  etdilər. Onların çıxışlarında həqiqətdən başqa heç nə yoxdur. Kimisə ittiham etmədən əvvəl özün güzgüyə bax. Dünyanın gözü qarşısında Orta Şərqdən Avropaya pənah aparan qaçqınlar var. Bu insanlar xarici müdaxilələrin qurbanlarıdır. Onların ölkələri dağıdılıb, ərazi bütövlüyü pozulub. Yüz minlərlə insanı məhv ediblər. Milyonlarla insan yaxınlarını itirib. Bu vəziyyətə dözə bilməyən insanlar Avropaya üz tutub. Bu gün Avropada islamofobiya, irqçilik ksenofobiya siyasəti aparılır. Avropa yaxşısı budur, həmin problemlərlə məşğul olsun. Avropada Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədə mütərəqqi, müasir, tolerant məkan kimi görünürdü. Təəssüf ki, biz aqressiya, başqalarının işinə müdaxilə görürük. Onlar tolerantlıqlarını itirirlər. Tolerantlığı itirən dairələr əfsuslar olsun ki, Avropa Parlamentində və digər qurumlarda hökmranlıq edir. Azərbaycan parlamentinin qərarı tam əsaslıdır. Avronest amorf quruma çevrilib, heç bir fəaliyyət aparmır. Azərbaycan Avronest ilə əməkdaşlığı dayandırıb. Bu, Azərbaycanın suveren qərarıdır.  AP ilə Azərbaycan parlamenti arasında əməkdaşlıq artıq dayandırılıb. Bu, Azərbaycana qarşı çirkin əsassız kampaniyanın nəticəsində baş verib. Azərbaycan hər bir addıma adekvat cavab verib və bundan sonra verəcək”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol