• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov AŞPA-nın məruzəçisi ilə görüşdü

Zakir Həsənov AŞPA-nın məruzəçisi ilə görüşdü
15.09.2015 23:32
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində 20 ildən artıqdır ki, öz doğma yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri barədə ətraflı məlumat verib.
 
General-polkovnik Zakir Həsənov beynəlxalq hüququn normaları və prinsiplərinin Ermənistan tərəfindən kobudcasına pozulduğunu vurğulayaraq qoşunların təmas xəttində gərginliyin artmasının səbəbləri barədə danışıb və qonaqları maraqlandıran bir sıra sualları cavablandırıb.
 
Münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə ilin əvvəlində Azərbaycana səfərini xatırladan cənab R.Valterin vəziyyətlə yerində yaxından tanış olmaq üçün cəbhəboyu zonaya və xüsusilə təmas xəttinə səfər etmək xahişi də müsbət qarşılanıb.
 
Müdafiə naziri  R. Valterin rəhbərlik etdiyi nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunmaqla təmas xəttinə səfəri, yerli əhali və şəxsi heyətlə görüşlərin keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol