• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədovanın deputat seçildiyi dairədən yeni namizəd irəli sürüldü

Gülər Əhmədovanın deputat seçildiyi dairədən yeni namizəd irəli sürüldü
15.09.2015 23:45
34 saylı Xətai II seçki dairəsindən YAP-ın namizədi Calal İbrahimov olacaq

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2012-ci ildə deputat mandatından imtina edən Gülər Əhmədovanın seçildiyi 34 saylı Xətai ikinci seçki dairəsindən yeni namizəd irəli sürüb.

"Report"un məlumatına görə, YAP-ın bu ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə bu dairədən namizədi Calal İbrahimov olacaq.

C.İbrahimov 2010-cu ildə keçirilən parlament seçkisində 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olub. 

Qeyd edək ki, Gülər Əhmədova 1965-ci il avqust ayının 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.
1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi olub.

G.Əhmədova Milli Məclisin II-IV çağırış deputatı olub.

2012-ci ilin sentyabrın 28-də Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Milli Məclis rəhbərliyinə müraciət edib və onun mandatı ləğv edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol