• $
  • €
  • ₽
  • ₺
  • £

Fəaliyyəti dayandırılan universitetin tələbələrinin yerləşdirildiyi ali məktəblərin adları açıqlanıb

Fəaliyyəti dayandırılan universitetin tələbələrinin yerləşdirildiyi ali məktəblərin adları açıqlanıb
16.09.2015 10:12
Fəaliyyəti dayandırılan Bakı Asiya Universitetinin tələbələrinin yerləşdirildiyi ali təhsil müəssisələrinin adları açıqlanıb.
 
Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazir Mikayıl Cabbarovun əmrinə uyğun olaraq Bakı Asiya Universitetin təhsil alan tələbələr digər dörd özəl ali məktəbdə təhsillərini davam etdirəcəklər.

Nazirlikdən bildirilib ki, bağlanan universitetin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Filologiya" (Azərbaycan dili və ədəbiyyatı) və "Xarici dil (ingilis dili) müəllimliyi" ixtisasları üzrə təhsil alan tələbələr "Odlar Yurdu" Universitetinə, "Filologiya" (İngilis dili və ədəbiyyatı) və "Tərcümə" ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinə, Dil və ədəbiyyat müəllimliyi" (ingilis dili üzrə) ixtisası üzrə təhsil alan tələbələr Qərb Universitetinə və "Tarix müəllimliyi" və "Tarix" ixtisasları üzrə təhsil alan tələbələr Azərbaycan Universitetinə yerləşdiriliblər.   

Qeyd edək ki, Bakı Asiya Universiteti bir müddət əvvəl Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Təhsil Nazirliyi Bakı Asiya Universitetinin xahişi təmin edib və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol