• $
  • €
  • ₽
  • ₺
  • £

ADY: Bakı-Sumqayıt qatarlarında biletlər xeyli ucuzdur

ADY: Bakı-Sumqayıt qatarlarında biletlər xeyli ucuzdur
17.09.2015 11:37
Məlum olduğu kimi, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.

Oxu.Az-a "Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.

Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minib.

ADY-dən bildirilib ki, Tarıf Şurasının qərarı olduqca ədalətlidir:

"Çünki təyin olunan qiymətlər qonşu ölkələrin müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur”.
 
"Məsələn, Rusiyada fəaliyyət göstərən "Aeroekspress”də 45 km-lik məsafədə gediş haqqı 6, 30 AZN, Estoniyada şəhərətrafı elektrik qatarlarında 35,9 km-lik məsafədə gediş haqqı 3, 35 AZN təşkil edir.

Bundan başqa, Ukraynada şəhərətrafı elektrik qatarlarında 37 km-lik məsafədə gediş haqqı 2, 90 AZN, Özbəkistanda şəhərətrafı elektrik qatarlarında gediş haqqı 2, 50 AZN, Türkiyədə 46 km-lik məsafədə gediş haqqı 5, 20 AZN, Qazaxıstanda şəhərətrafı elektrik qatarlarında gediş haqqı 6, 10 AZN təşkil edir”-deyə, qurum qeyd edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol