• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bank Avropadan borc aldı

Beynəlxalq Bank Avropadan borc aldı
17.09.2015 12:45
Sentyabrın 16-da Lüksemburq şəhərində Avropa İnvestisiya Bankı ilə Azərbaycan Beynəlxalq Bankı arasında 50 milyon avro məbləğində kredit müqaviləsi imzalanıb.

Beynəlxalq Bankdan verilən məlumata görə, Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək xarakteri daşıyan vəsait bu sektorda prioritet əhəmiyyətə malik biznes layihələrinin maliyyələşdirilməsinə yönələcək. Bu kredit müqaviləsi Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirəcək. Xüsusilə qeyri-neft sektoruna aid sənaye və xidmət sahələri bu imkandan geniş faydalana biləcəklər. Cəlb edilmiş kredit Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək göstərməklə yanaşı, kiçik və orta biznes sektorunda Azərbaycan Beynəlxalq Bankının mövqeyini daha da gücləndirəcək.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, ümumdaxili məhsul istehsalında kiçik və orta sahibkarlığın payının artırılması Azərbaycan dövlətinin həyata keçirdiyi strateji inkişaf siyasətinin əsas istiqamətlərindəndir.

Bu baxımdan, Azərbaycan Beynəlxalq Bankının Avropa İnvestisiya Bankı ilə imzaladığı kredit müqaviləsi bu siyasətə töhfə verməklə, yerlərdə biznes layihələrinin uğurla icrasına, yeni iş yerlərinin açılmasına, əhalinin maddi-rifah halının daha da yüksəlməsinə kömək göstərəcək.

Qeyd edək ki, Avropa İnvestisiya Bankının səhmdarları Avropa İttifaqına üzv ölkələrdir. Avropa İnvestisiya Bankı bütün dünyada ən böyük beynəlxalq ümumi kredit qurumu kimi tanınır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol