• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 48 tələbə Prezident təqaüdündən məhrum edilib

Azərbaycanda 48 tələbə Prezident təqaüdündən məhrum edilib
18.09.2015 12:57
Hər il ali məktəb imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərin bir qrupuna ölkə başçısının sərəncamı ilə Prezident təqaüdü verilir. Amma həmin tələbələrin hamısı təhsil aldıqları müddətin sonunadək bu imkandan istifadə edə bilmirlər. Məsələ burasındadır ki, təhsil müddətində sonadək əlaçı olmaq lazımdır. Amma I kursda Prezident təqaüdünə layiq görülənlərdən kimlərsə II, III kurslarda əlaçılığı əldən verirlər. Bu halda isə onlar sözügedən təqaüddən məhrum olurlar.

Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, Prezident təqaüdünə layiq görülmüş və hazırda II-IV kurslarda (cari ildə qəbul olunan Prezident təqaüdçüləri bura daxil deyil) təhsil alan 243 nəfər tələbədən 195-i hazırda həmin təqaüdü almaqda davam edirlər.

Rəsmi məlumatada o da bildirilib ki, müxtəlif səbəblərdən həmin təqaüddən məhrum edilənlər 48 nəfər təşkil edir. Bu səbəblər kimi tələbələrin yüksək göstəricilərə nail ola bilməmələri, digər ali məktəblərə köçürülmələri, akademik borclarının olması göstərilir.

Qeyd edək ki, bu il də ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdü ayrılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol