• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda beynəlxalq yaradıcılıq mükafatı veriləcək - ADAMİ

Azərbaycanda beynəlxalq yaradıcılıq mükafatı veriləcək - ADAMİ
18.09.2015 14:58
"İnanıram ki, Azərbaycandan da hanısa rejissor bu mükafatı qazanacaq” - ANN.Az xəbər verir ki, bu sözləri "Abşeron Marriott" hoteldə ADAMİ media mükafatı üzrə qurumun icraçı direktoru Stefan Tolz keçirdiyi mətbuat konfransında deyib. O, mükafatın ideyası və müsabiqədə iştirak etmək üçün şərtlər haqqında danışıb. İcraçı direktor ADAMİ media mükafatının hazırda ancaq  altı ölkə ətrafında cəmləşdiyini bildirib: Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna.  

ADAMİ media mükafatı 2015-ci ildə altı kateqoriya üzrə təqdim olunacaq: 

• Əyləncə (bədii) üzrə ADAMİ media mükafatı
• Məlumat (qeyri-bədii) üzrə ADAMİ media mükafatı
• Xəbərlər və qısa qeyri-bədii verilişlər üzrə ADAMİ media mükafatı 
• Gənclər üçün ADAMİ media mükafatı 
• Veb səhifələr üzrə ADAMİ media mükafatı
• Veb videolar üzrə ADAMİ online mükafat

İcraçı direktor Azərbaycan haqqında, bu mükafatın ölkəmizdə tezliklə qazanılacağı və ADAMİ media mükafatı barədə söz açarkən vurğulayıb ki, Bakıya ilk dəfə gəlmir: "İmkan olduqca gəlirəm. Amma buna baxmayaraq Bakı çox dəyişib və gözəlləşib. ADAMİ media mükafatının Azərbaycanda da hansısa bir rejissorun qazanacağına ümid edirəm.  Bu layihənin yaranması elə də sadə olmayıb. 15 ildir "CİVİS” laureatının münsiflər heyətlərindən biriyəm. Sözün düzü, təkbaşına bunun öhdəsindən gələ bilməyəcəyimi düşündüyümdən münsiflər heyəti ilə toplaşıb belə bir media mükafatı yaratmaq qərarına gəldik. Çünki bu tək başına görüləcək iş deyildi. Bu layihənin hazırlanmasında bizlərə Almaniya Xarici İşlər Nazirliyi köməkliyi və dəstəyi çox oldu. Və buna görə də biz artıq 6 ölkədə bu mükafatları vermək hüququ qazanmışıq. ADAMİ media mükafatı haqqında deyə bilərəm ki, bu söz gürcü dilində də, Azərbaycan dilində də məhz insan, "adam" sözlərini özündə əks etdirir. Bu adın seçilməsində əsas məqsəd, insanların bir-birilə olan bağlılığını daha da sıxlaşdırmaqdan ibarətdir. Bu yeni loqonu da son illərdə yaratmışıq”.

Stefan Tols daha sonra qeyd edib ki, artıq 22 ildir Avropada bu mükafat verilir: "Adətən mükafatlandırma Avropanın böyük şəhərlərində keçirilir. Sonuncu mükafatlandırma Brüssel şəhərində olub. Bu həqiqətəndə Avropa çox böyük mükafatlardan biridir. Bu mükafatı qazanmaq üçün www.adamimediaprize.ru xəbər saytına daxil olmaqla öz kiçik filmlərinizi bura göndərmək qalib ola bilərsiniz. Bizim əsas məqsədimiz bu layihə ətrafında yaradıcılıqla məşğul olan gənclərin kənarda qalmaması, hətta onları 1-2 dəqiqəlik filmlərinə dəyər verilməsindən ibarət olacaq".

Tols sonda xatırladıb ki, 25 oktyabr 2015-ci ildə bu layihəyə müraciət tarixinin sonuncu günüdür: "Heç kəsin bu layihədən kənarda qalmasını istəmirəm. Mükafatlandırmaya pul hədiyyələri də əlavə etməyi düşünürük, amma bu planı gerçəkləşdirmək üçün hazırda da sponsor axtarışlarımız davam edir. Dekabr ayının 10-da Tbilisi şəhərində mükafatlandırma mərasimi keçiriləcək”






 
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol