• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Ermənilərin burada qəbul edilməsinin tərəfdarı deyiləm"

Deputat: "Ermənilərin burada qəbul edilməsinin tərəfdarı deyiləm"
18.09.2015 16:15
"Ermənilərin Azərbaycanda qəbul edilməsinin tərəfdarı deyiləm” – bu sözləri ANN.Az-a açıqlamasında Milli Məclisin üzvü Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, düşmən ölkədən Azərbaycana gələrək sığınacaq istəyən ermənilərin sayının artması Ermənistan hakimiyyətinin legitimliyini itirdiyini və hazırkı iqtidarla xalq arasında heç bir əlaqə qalmamasını göstərir: "Ermənistan özünü beynəlxalq aləmdə yaxşı göstərməyə çalışsa da, bu faktlar onların necə dövlət olduğunu bir daha ortaya qoyur. Onlar özləri də çox yaxşı bilirlər ki, Rusiyadan asılıdırlar. Buna görə də heç vaxt istəmirlər ki, Rusiya dövləti zəifləsin və ya hər hansı təhlükə ilə üz-üzə gəlsin. Çünki Rusiyada hər hansı zəiflik, Ermənistanın məhv olmasının əsas səbəblərindən biri ola bilər”.   

Fərəc Quliyev belə halların ilk dəfə baş vermədiyini xatırladıb: "Vaxtaşırı Ermənistandan Azərbaycana gələnlər olur.  Bunun əsas səbəbi odur ki, onlar özləri də bilirlər ki, yaşadıqları məkan onların doğma yurdları, vətənləri deyil. Onlar vətəni, milləti məlum olmayan insanlardır. Bu səbəbdən də onlar Ermənistanı tərk edirlər”. 

Millət vəkili hesab edir ki, erməniləri burada qarşılamağa belə lüzum yoxdur: "Nəinki, sığınacaq vermək və ya üçüncü bir ölkəyə təhvil verilməsinə. Çünki artıq bu sübut olundu ki, onlar Ermənistana qaytdıqdan sonra ağzına gələnləri danışırlar. Bütün bunları nəzərə alıb, deyə bilərəm ki, Ermənistanda Azərbaycana sığınacaq üçün üz tutmuş, burada yaşamaq üçün gələnləri burada qarşılamağa hətda ehtiyac yoxdur.” 

"Sizcə,Azərbaycan tərəfi erməni müxalifətçiyə sığınacaq verəcək, yoxsa onu üçüncü bir ölkəyə təhvil verəcək" -sualını cavablandıran deputat qeyd edib ki, bunu daha çox hakimiyyət və ölkə rəhbərliyi müəyyənləşdirəcək: "Amma bir vətəndaş olaraq deyə bilərəm ki, ermənilərin Azərbaycanda qəbul olunmasının tərəfdarı deyiləm. Hətta qəbul edib, üçüncü ölkəyə verməklə bağlı olsa belə. Hər halda qərarı hakimiyyət orqanı verəcək”.

Xatırladaq ki, ötən gün Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb. O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib.

Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol