• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Turizm Fondu yaradılır

Azərbaycanda Turizm Fondu yaradılır
18.09.2015 16:44
Azərbaycanda turistlərin təhlükəsizliyinin təmin olunması üçün Turizm Fondunun yaradılması planlaşdırılır.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Trend-ə bildirib ki, artıq bununla bağlı müzakirələrə başlanılıb.

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanın "Turizm haqqında” mövcud qanununda turistlərin hüquqları qorunmayıb: "Dünya praktikasına görə, turizm şirkəti lisenziya almaq üçün müəyyən bank zəmanəti təqdim edir. Bu məsələ bizim qanunda nəzərdə tutulmayıb. Buna görə də turizm şirkəti müflis olduqda turistin taleyi naməlum qalır. Çünki turistin bununla bağlı sığortası yoxdur. Biz qərara gəldik ki, bu boşluqları aradan qaldırmaq üçün belə bir fond yaradaq”.

Assosiasiya sədri qeyd edib ki, Fondun yaradılması nəticəsində turizm şirkətləri turistləri sığortalaya biləcəklər: "Turistimizin xarici ölkədə problem yaşamaması üçün belə bir Fond yaradırıq. Məqsəd də odur ki, turist xaricə gedibsə və onu göndərən şirkət müflis olubsa, turist geri qayıda bilsin”.

N.Bağırov bildirib ki, Fondun AzTA tərkibində olub-olmayacağı hələ bilinmir.

Assosiasiya sədrinin sözlərinə görə, Fond yaradıldıqdan sonra turizm şirkətlərinin ona vəsaiti hansı formada ödəyəcəyi dəqiqləşdirilməyib: "Şirkətlər bu Fonda nağd şəklində müəyyən vəsait ödəyə, yaxud onu bank zəmanəti şəklində təqdim edə bilərlər. Bu məsələlər hələ tam dədiqləşdirilməyib, hazırda müzakirə edilir”.

AzTA sədri əlavə edib ki, ilkin mərhələdə turizm şirkətlərinin Fonda könüllü cəlb edilməsi nəzərdə tutulur: "Bundan sonra kim Fonda üzv olacaqsa, həmin turizm şirkəti bizim tövsiyyə etdiyimiz şirkətlərin siyahısında olacaq”.

Artıq Rusiyada dövlət və böyük tur operatorların iştirakı ilə Turizm Fondunun yaradıldığını deyən N.Bağırovun sözlərinə görə, əslində, Azərbaycanın qanunvericliyində hər turizm şirkətinin lisenziya almamışdan əvvəl bank zəmanətinin təqdim edilməsinin zəruriliyi bildirilsə idi, ölkədə belə bir bir fondun yaradılmasına ehtiyac olmazdı. Çünki turizm şirkəti ilə turist arasında problemli vəziyyət yarandıqda həmin zəmanət hesabına turistin xərclərini kompensasiya etmək olar.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol