• $
  • €
  • ₽
  • ₺
  • £

Tikintisi uzun müddət çəkən metrostansiya açılır

Tikintisi uzun müddət çəkən metrostansiya açılır
21.09.2015 13:00
Metronun  "Avtovağzal” stansiyanın təhvil verilməsi 2016-ci ilin ilk yarısına, "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının sərnişinlərin ixtiyarına verilməsi isə bu ilin sonuna planlaşdırılrır. 

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev ANN.Az-a açıqlamasında "Avtovağzal” stansiyasında tikinti işlərinin demək olar yekunlaşdığını bildirib: "Bu stansiya da hazırda abadlıq, texnikaların quraşdırılması, təhcizat işləri gedir və avtomatik müasir sistemlər qurulur.  Eyni zamanda rabitə işləri aparılır. Bir sözlə, "Avtovağzal” stansiyanın sərnişinlərin ixtiyarına verilməsi 2016-ci ilin ilk yarısında həyata keçiriləcəyi planlaşdırılır".
 
Metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının təhvil verilməsi məsələsinə gəlincə mətbuat katibi artıq orada eskalatorların qurulaşdırıldığını bildirib: "İndi eskalatorların sazlanması işləri gedir. Keçidlərdə üzlük daşlar vurulur. Demək olar ki, orda tamamlama işləri gedir. Yerin üst səthində tikinti zamanı əlavə tikinti işləriləri aparılmışdı ki, hazırda onlar sökülür. Böyük ehtimal ki, açılış bu ilin sonunda olacaq”.

Qeyd edək ki, metronun "Avtovağzal" stansiyasında təmit-tikinti işləri 2014-cü ilin sonlarında dayanmışdı. Bir müddətlik fasilədən sonra tikinti işləri yenidən davam etdirildi. "Avtovağzal" stansiyasının layihəsi 2010-cu ildən ictimaiyyətə təqdim olunub və 2011-ci ildən inşa işlərinə başlanılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.
       
Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol