• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc aktyorlarımız “Artmiqrasiya 2015” ölkəmizi uğurla təmsil ediblər - Fotolar

Gənc aktyorlarımız “Artmiqrasiya 2015” ölkəmizi uğurla təmsil ediblər - Fotolar
21.09.2015 17:25
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyorları Günel Məmmədova və Eşqin Quliyev Moskvada keçirilmiş "Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda iştirak ediblər.
 
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olunmuş festival – foruma Rusiyanın müxtəlif şəhərlərindən qatılmaq üçün 70-dən artıq ərizə qəbul olsa da, ekspertlər forum proqramına yalnız 5 tamaşanın nümayişini daxil ediblər.
 
 
Kventin  Tarantinonun ssenarisi əsasında hazırlanmış "Бешеные псы”, Vasili Siqarevin "Гупешка”, Saşa Sokolovun "Школа для дураков”, Karl Qotsinin "Ворон”, Venedikt Erofeyevin "Mосква – петушки” tamaşaları forum çərçivəsində gənc teatr mütəxəssislərinə nümayiş etdirilib. Forum zamanı göstərilən hər tamaşadan sonra Rusiyanın müxtəlif şəhərlərindən olan peşəkar teatr tənqidçiləri səhnə əsərləri barədə geniş müzakirələr aparıblar.
 
 
Forum çərçivəsində gənc aktyorlara aktyor, rejissor, pedaqoq və professor Qitis Padeqimas (Litva) tərəfindən master-klasslar keçirib, bundan başqa gənc aktyorlar "Remote Moscow” adlı layihədə iştirak ediblər. Yeni formatda olan layihə özündə tamaşa, ekskursiya, musiqi və komputer oyunlarını birləşdirib.
 
Daha sonra iştirakçılar  sözegdən layihənin yaradıcıları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Sonda bütün mərasim iştirakçılarına Aleksandr Başlaçevin parlaq həyatından bəhs edən  "Сашбаш – Свердловск – Ленинград и назад” adlı tamaşa göstərilib.
 
 
Məlumat üçün bildirək ki, festival – forum yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etmək məqsədi daşıyır.
 











www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol