Özbək müxalifətini əsəbləşdirən iddia: Kərimov "Ataözbək" olsun

Özbəkistana 26 il rəhbərlik edən İslam Kərimova "Ataözbək" təxəllüs verilməsi təklif olunub. Bi təkliflə özünü iqtisadiyyat üzrə professor olaraq tanıdan Rüstəm Abdullayev adlı alim çıxış edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Abdullayev bu təklifini Rusiyanın internet saytlarından birində yayımlayıb. Daha əvvəl bu şəxs xarici və daxili korrupsiya və rüşvətxorluq ittihamları ilə ev dustaqlığında saxlanılan prezident qızı Gülnarə Kərimovaya da "Özbək şahzadə" adının verilməsi təklifi ilə çıxış etmişdi.
Rüstəm Abdullayevə görə, Türkmənistanın ilk prezidnetinə "Türkmənbaşı", ikincisinə isə insanların arxasında dayanan dağ mənasını verən "Arxadağ", Qazaxıstan lideri Nazarbayevə xalqın lideri mənasında "Elbaşı" adlarının verilməsi müqabilində İslam Kərimova heç bir ad verilməməsi haqsızlıqdır.
İslam Kərimovu ABŞ liderlərinə bənzədən Rüstəm Abdullayev onu özbək dövlətinin qurucusu olduğunu qeyd edib və "Ataözbək" adını haqq etdiyini deyib. İdeya müəllifinə görə, Özbəkistan parlamenti bu adı rəsmi şəkildə Kərimova təqdim etməlidir.
Özbəkistan müxalifətinin fikrincə, bu ideya diktatura kölələrindən birinin sayıqlamalarından biridir. Müxalifət bildirib ki, əksinə, 1990-ci illərdə İslam Kərimov Özbəkistanın müstəqil dövlət ola bilməyəcəyini və SSRİ dağılarsa, Özbəksitan da məhv olacağını iddia edirmiş.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























