• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qaydaları pozan 8 sürücü həbs olundu - Fotolar

Bakıda qaydaları pozan 8 sürücü həbs olundu - Fotolar
22.09.2015 17:44
Bakı şəhərində polisin qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaratdığına, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, paytaxtın müvafiq rayon məhkəmələrinin çıxardığı qərarlar əsasında sürücülər həbs olunub.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib.

İdarənin əməkdaşları tərəfindən paytaxt yollarında müəyyən olunaraq, saxlanılan 8 nəfərə 10 gündən 40 günə qədər müddətlərdə inzibati həbs cəzası verilib.

Həmin şəxslərdən 3 nəfər polisin qanuni saxlama əmrinə tabe olmadığına, 5 nəfər avtoxuliqanlığa və avtomobili sərxoş idarə etdiyinə görə təqsirli bilinib.

Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə Bakı şəhər BPİ DYPİ-nin İctimaiyyətlə Əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov həbs olunanlarla profilaktik söhbətlər aparıb.

Bildirilib ki, yol polisinin fəaliyyəti birbaşa olaraq, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlib.

Həbs olunan sürücülər arasında sosial şəbəkələrdə gənc sürücüləri paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq etməyə çağıran sürücülər də var.

Sosial şəbəkələrdə yayılan məlumatlardan həvəslənən Bakı şəhər sakini, 24 yaşlı Orxan Paşayev idarə etdiyi "Seat” markalı maşınla bu çağırışlara qoşularaq, Səbail rayonu ərazisində avtoxuliqanlıq əməlləri törətdiyi üçün yol polisi tərəfindən saxlanılıb.

İnzibati qaydada həbs edilənlər arasında avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən şəxslərə də rast gəlinib.

Onlardan biri –Qəbələ şəhər sakini, 36 yaşlı Rahim Kərimov bildirib ki, neçə ildir avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. O, sənədləri olmadığına görə yol polisinin qanuni "saxla” əmrinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədib.

Sərxoş vəziyyətdə idarə etdiyi "Moskviç” markalı avtomobillə sərxoş vəziyyətdə qəza törədən 3 uşaq atası 25 yaşlı Sabunçu rayon sakini Anar Bağırov da məhkəmənin çıxardığı müvafiq qərara əsasən həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edir.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol