• $
  • €
  • ₽
  • ₺
  • £

ADU tələbələri ABŞ universitelərində təhsil alacaqlar

ADU tələbələri ABŞ universitelərində təhsil alacaqlar
23.09.2015 16:44
Sentyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul etdi. Görüşün məqsədi ADU tələbələrinin ABŞ-ın öndə gedən ali təhsil müəssisələrində, eyni zamanda Amerikalı tələbələrin Dillər Universitetində təhsil alması ilə bağlı yeni proqrama əsasən müqavilənin imzalanması idi. Görüş zamanı ADU ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında müqavilə imzalandı. Müqaviləni ADU tərəfdən universitetin rektoru, professor Səməd Seyidov, səfirlik tərəfdən isə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta imzaladı.

Önəmli Dil Təqaüdü proqramını həyata keçirmək üçün  əvvəl imzalanmış müqaviləyə dəyişikliklər olundu və yeniləndi. Bu müqavilənin öncəki müqavilədən əsas fərqi ondan ibarətdir ki, Önəmli Dil Təqaüdü Proqramı əvvəllər Amerikalı tələbələri, həmçinin məzunları üçün nəzərdə tutulan mədəni və xarici dil proqramı olmaqla onların Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirakını təmin edirdisə, yeni proqrama əsasən hazırda bağlanan müqavilə eyni zamanda ADU tələbələrinin də ABŞ-ın ən öndə gedən universitetlərində Yay Məktəbində təhsil almaq imkanını nəzərdə tutur.  Bununla yanaşı 2015-2018-ci illəri əhatə edəcək müqavilədə illik əsaslarla proqramın xərclərinin 50%-nin Azərbaycan Dillər Universitetinin, 50%-nin isə səfirlik hesabına ödənilməsi qeyd olunur.

Qeyd edək ki, ABŞ-ın Dövlət Departamentinin proqramı olan  Önəmli Dil Təqaüdü Proqramı 2010-cu ildən etibarən ADU və Amerikan Şuralarının birgə əməkdaşlığı ilə fəaliyyət göstərir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol