• $
  • €
  • ₽
  • ₺
  • £

“Seçkinin müşahidə edilməməsi Azərbaycanın beynəlxalq təşkilatlar yanındakı nüfuzuna təsir göstərəcək” - EKSPERT

“Seçkinin müşahidə edilməməsi Azərbaycanın beynəlxalq təşkilatlar yanındakı nüfuzuna təsir göstərəcək” - EKSPERT
23.09.2015 17:24
"ATƏT-in  Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  (DTİHB)  ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etməməsi Azərbaycanın beynəlxalq təşkilatlar yanındakı nüfuzuna təsir göstərəcək” - bu sözləri ekspert Natiq Cəfərli ANN.Az-a açıqlamasında son zamanlar qərb-Azərbaycan münasibətlərində baş verənləri şərh edərkən deyib. 

Ekspert Azərbaycanın Avropa Şurasına üzv olduqdan sonra 2001-ci ildən bəri Seçki Məcəlləsində seçki keçirilməsində öhdəliklər götürdüyünü qeyd edib: "Demək olar ki, Azərbaycanla Avropa Parlamenti, Avropa Şurası arasında Seçki Məcəlləsinə, digər qanunvericiliyə dəyişiklik edilməsi ilə əlaqədar danışıqlar gedir. Amma təəssüf ki, Azərbaycanda son illər, xüsusilə 2008-ci ildən seçki qanunverciliyinə edilən dəyişikliklərin böyük əksəriyyəti əks effektə çevrilib. Seçki qanunvericiliyinə edilən dəyişikliklərin böyük əksəriyyəti seçki müddətinin qısaldılması, məsələn, təbliğat dönəmində 60 gün idi, hazırda 23 gündür, seçkilərdə qeydiyyat məsələsi daha da sadələşdirilmiş formada həyata keçirilirdi, indi isə daha da çətinləşdirilib. Yəni həm qanunvericilik nöqteyi-nəzərdən, həm seçkilərin keçirilməsi baxımından hər seçkilərdən sonra Azərbaycan-Avropa İnstitutları tərəfindən tövsiyyələr  verilirdi. Azərbaycanın bu tövsiyyələri yerinə yetirilməsinə çağrılırdı. Amma buna baxmayaraq çox əfsuslar olsun ki, Azərbaycanla Avropa İnstituları arasında bu səbəbdən də bəzi anlaşılmazlıqlar olurdu. Getdikcə bu problemlərdə daha kəskinləşirdi və bu səbəbdən də Avropa qurumları Azərbaycana qarşı hər dəfə yerinə yetirəcəyi öhdəlikləri xatırladırdılar”.

Avropa ilə Azərbaycan arasında münasibətlərin getdikcə pisləşdiyini deyən ekspert əlavə edib ki, ATƏT-in ənənəvi tərəfdaşı olan DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməmələri bu siyasi hadisənin legetimliyinə, onun nəticələrinin beynəlxalq aləmdə tanınması ilə bağlı ciddi suallar doğuracaq: "Çünki ATƏT-in DTİHB-u çox nüfuzlu bir təşkilatdır. Həm Avropada, həm də dünyada kifayət qədər nüfuza malikdir. Bu təşkilatın seçkilərdə iştirak etməməsi Azərbaycanın beynəlxaq təşkilatlar yanındakı nüfuza çox böyük təsir göstərəcək. Bu gələcəkdə böyük maneələr yaradacaq. Bu maneələrin ən birincisi özünü 2016-ci ilin yanvar ayında keçiriləcək AŞPA-nın növbəti iclasında daha çox biruzə verəcək. O vaxta qədər Milli Məclisə yeni seçilmiş deputatlarının AŞPA təmsilçiləri artıq təsdiq olunacaqlar. Təsdiq prosesində ilk maneələr çox güman ki, üzə çıxacaq”.

Ekspert hesab edir ki, əslində Azərbaycan tərəfinin irəli sürdüyü arqumentlər, yəni 400 müşahidə heyətinin çox olması fikrimcə ciddi əsaslar deyil: "Seçkiləri müşahidə etmək üçün 400-ə yaxın müşahidə heyətinin gəlməsi planlaşdırılsa da Azərbaycan tərəfi 150 müşahidəçini qəbul edəcəkləri haqqında fikir bildirmişdi. Azərbaycan tərəfinin əslində özünü maraqları olmalıdır ki, kifayət qədər müşahidəçi gəlsin. Çünki seçkilərin şəffaf olması üçün Avropa deyil, Azərbaycan tərəfi özü heç bir qayda pozuntusunun, saxtakarlığın olmamasını istəməli və bunu təsdiq edən müşahidəçilərin çox olmasında maraqlı olmalıdır”.

Orxan Aslanlı



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol