• $
  • €
  • ₽
  • ₺
  • £

“İslam oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək" - VİDEO

“İslam oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək" - VİDEO
28.05.2020 18:13
İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ilk iclası keçirilib

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin ilk iclası keçirilib.

ANS TV-nin məlumatına görə, I Avropa Oyunları ilə Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır - deyən prezident İlham Əliyev oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığnı, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırladıb. Və bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Eyni zamanda dövlət başçısı bu səylərin boşa çıxdığını da vurğuluyub:

"Əminəm ki, İslam oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək. Bir daha həm islam ailəminə, həm də dünyaya göstərəcək ki, İslam dini sülh, mərhəmət, qardaşlıq dinidir. Eyni zamanda dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir”.

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva isə göstərilən etimada görə təşəkkür edib. 

Bu günə qədər keçirilən tədbirlərin ölkəmizin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini deyən Mehriban Əliyeva vurğulayıb ki, İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq:

"İslam Həmrəylik Oyunlarında 57 ölkənin iştirakı gözlənilir. İlkin razılaşmaya əsasən 20 idman növündə yarışların keçirilməsi planlaşdırılır. Yarışlarda 5 mindən artıq idmançının iştirakı nəzərdə tutulub”. 

Təşkilat Komitəsinin sədri bildirib ki, oyunlarda iştirak edəcək idmançıların "Atletlər kəndi”ndə, jurnalistlərin isə "Media kəndi”ndə yerləşdirilməsi nəzərdə tutulub.

Qarşıda duran məsələlərdən biri açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırmaqdır. Təxminən 10 minə yaxın gəncin könüllü kimi oyunlara cəlb olunacaq.

Birinci xanım söyləyib ki, yarışların keçirilməsi ilə bağlı geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim olunacaq.

İclasa yekun vuran prezident İlham Əliyev oyunlara hazırlıqda koordinasiyanın təmin olunmasının, yüksək peşəkarlığın göstərilməsi, qonaqların gəlişi, viza problemlərinin həlli, müasir nəqliyyat vasitələri ilə təminat, yüksək qonaqpərvərliyin göstərilməsinin əhəmiyyətini bildirb.

Təhlükəsizlik tədbirləri, informasiya-kommunikasiya sistemlərinin fəaliyyəti, Bakıda və paytaxt ətrafında quruculuq-abadlıq işlərinin davam etdirilməsi, oyunların keçirilməsinə yerli və xarici mütəxəssislərin cəlb olunması məsələlərinin vacibliyini qeyd edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol