• $
  • €
  • ₽
  • ₺
  • £

Müdir müavini toydan çıxıb itkin düşdü

Müdir müavini toydan çıxıb itkin düşdü
24.09.2015 12:26
"Dedi ki, vəziyyəti ağırdır”.

"Qaya” Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini itkin düşüb. 1962-ci il təvəllüdlü Fuad Həsən oğlu Hadıyev sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən "Xudafərin” şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonu, M.Qasımov küçəsi 19, mənzil 7-yə dönməyib. Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıblar.

Lakin F.Hadıyevi "gördüm” deyən olmayıb. Bundan sonra onun yaxınları polisə üz tutublar. Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının da axtarışları nəticə verməyib.

ANN.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, "Qaya” Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev "Yeni Müsavat”a açıqlamasında bildirib ki, F.Hadıyevin itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: "Daxili İşlər Nazirliyinə müraciət etdik, dərhal çevik reaksiya verildi. Nizami Polis İdarəsi ilə yanaşı şəhər Polis İdarəsi də axtarışlara qoşuldu. Fuad Hadıyevin telefonu sönüb. "Təhlükəsiz Şəhər"in kameraları ilə baxdılar. Kameralardan görünür ki, o şadlıq evindən çıxıb "Neftçilər” metrosuna qədər gəlib. Ondan sonrası haqda məlumat yoxdur. Avtobusa minib, taksiyə minib bilinmir”.

X.Əliyev deyir ki, F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib: "Deyə bilib ki, vəziyyəti ağırdır. Bundan sonra telefonu sönüb, yerini, harada olduğunu deyə bilməyib”.

Firma direktoru əməkdaşı haqda hər hansı bir məlumatı olanlardan polisə və ya "Qaya”ya məlumat vermələrini xahiş edib: "Bizim firmaya da müraciət edə bilərlər. Bizim firma əməkdaşları da onun itkin düşdüyü ərazidə olmuşuq, axtarmışıq”.

X.Əliyev əməkdaşının yeri haqda məlumat verən şəxsə mükafat verəcəyini də açıqlayıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol