• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb
26.09.2015 15:20
Elmar Məmmədyarov: "Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalıdır

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi qəti şəkildə bir daha vurğulanıb. Ermənistanın Azərbaycan ərazilərini işğalına əsaslanan mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyən Elmar Məmmədyarov Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib.

E.Məmmədyarov Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü qeyd edib. Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu bildirib. Ermənistanın hər vəchlə əsl etimad quruculuğu tədbiri olacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasında təmaslara imkan vermədiyi diqqətə çatdırılıb.

Azərbaycanlı nazir bir daha vurğulayıb ki, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır.
Nazir tərəfindən qeyd olunub ki, Azərbaycan münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir. Lakin danışıqların nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atacaqdır.
İşğalçı və təcavüzkar dövlət kimi atılacaq hər hansı addımın bütün məsuliyyətinin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol