“Qəbələ” ilə oyun bizim üçün gözəl şansdı” - Joaozinyo

"Bu mövsümdəki nəticələrimiz ürəkaçan deyil. Fikrimcə, "Qəbələ” ilə oyun bizim üçün bu uğursuzluğa son qoymaq baxımından gözəl şansdı”.
Apasport.az saytının məlumatına görə, bunu "Krasnodar”ın yarımmüdafiəçisi Joaozinyo deyib.
Rusiya Premyer Liqasının X turunda öz meydançasında "Terek”lə qarşılaşan "Qəbələ”nin Avropa Liqasındakı rəqibi 1:1 hesablı bərabərliklə kifayətlənib. Uzunmüddətli zədədən qayıdan Joaozinyo isə bu matçın 68-ci dəqiqəsində Siqurdssonu əvəz edib.
Görüşdən sonra yerli mətbuata açıqlama verən braziliyalı hücumameylli futbolçu "Qəbələ” ilə qarşıdakı qarşılaşma haqda fikirlərini də bildirib: "Bu nəticələrə ilişib qalmaq olmaz. Başımızı yuxarı qaldırmalıyıq. Bizi qarşıda Rusiya çempionatı, kuboku və Avropa Liqasında çətin oyunlar gözləyir. Artıq bütün diqqətimizi "Qəbələ” ilə matça yönəltməliyik. Evdə çıxış edəcəyimiz üçün mütləq qələbə qazanmalıyıq. Bununla həm Avroliqada ilk xalımızı qazanar, həm də uğursuzluq sindromuna son qoyarıq”.
Qeyd edək ki, "Krasnodar” – "Qəbələ” oyunu oktyabrın 1-də Rusiyada keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























