• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” təmsilçiləri 28 Сinema-da təşkil olunan “Karyera günü” tədbirində aktiv iştirak etdilər

“Nar” təmsilçiləri 28 Сinema-da təşkil olunan “Karyera günü” tədbirində aktiv iştirak etdilər
28.09.2015 11:44
"Təcrübəçi” filminin premyerasından öncə baş tutan tədbirdə insan resurslarının işə cəlb edilməsi istiqamətində maraqlı təcrübə yaşandı

"Nar” mobil operatoru istedadlı və bacarıqlı gənclərin, peşəkar kadrların işə cəlb edilməsi istiqamətindəki fəaliyyətini davam etdirir. Belə ki, sentyabr ayının 22-də "Nar” təmsilçiləri Azərbaycanın premium kinoteatrı olan "28 Cinema” kinoteatrında "Təcrübəçi” filminin qapalı premyerası zamanı təşkil edilmiş olduqca maraqlı bir tədbirdə aktiv iştirak ediblər. Qeyd edək ki, adıçəkilən filmdə yeni işə başlayan bir təcrübəçidən və insan resurslarının idarə edilməsi problemindən bəhs edilir. İnsan resurslarına hər zaman xüsusi önəm verən "Nar” operatoru da bu gözəl fürsətdən yararlandı.

Premyera öncəsi kinoteartrın foyesində quraşdırılmış "Nar” masasında fərqli bir təcrübə yaşandı. "Nar” masası gənclərin diqqətini cəlb etdi. İşə qəbul prosesi formatında aparılan söhbət zamanı maraq kəsb edən iştirakçıların tərcümeyi-halları, onlar haqqında digər vacib məlumatlar toplandı. Son dərəcə məhsuldar və maraqlı keçən görüşdə jurnalistlər, blogerlər, və müxtəlif şirkət nümayəndələri iştirak etdilər.

Bu görüş bacarıqlı, istedadlı və savadlı kadrların "Azerfon” şirkətində işə cəlb edilməsi perspektivləri baxımından çox səmərəli oldu.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol