• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pensiya yaşı artırıla bilər

Azərbaycanda pensiya yaşı artırıla bilər
28.09.2015 15:31
"Cəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır”.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.
 
DSMF sədrinin sözlərinə görə, demoqrafik göstəricilərin nəzərə alınması və dövri olaraq tənzimlənməsi pensiya sistemlərinin qarşısında olan mühüm vəzifədir: "Cəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır. Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrü 65 yaşdır. Amma bizim pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir. Ötən dövrdə biz bu istiqamətdə müəyyən tədbirlər aparmaqla, demoqrafik göstəricilərin tənzimlənməsi üzərində uğurlu bir fəaliyyəti yekunlaşdırmışıq. Amma uzun müddətli perspektiv üçün bizim maliyyə dayanıqlığına nail olmaq məqsədi ilə qeyd edilən istiqamətlərdə tədbirlərin reallaşdırılması zəruriliyi bizim apardığımız aktuar tədqiqatlarla ortaya qoyulub”.
 
E.Mehdiyev pensiyaya çıxma yaşının artırılıb-artırılmayacağını belə şərh edib: "Yaxın günlərdə bu aktuar tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq. Burda müxtəlif alternativlər var. Bir sıra məsələlərə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu ilə bu, balanslaşdırılır. Amma hansı variant seçilməlidir? Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bunun üçün müəyyən alternativlər ortaya qoyulur. Yalnız o alternativlərdən sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ ki, tezdir”.    

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol