“London taksiləri”ndə əyləşmə qiyməti 1 manatdan 3 manata qədər artırıldı

Bakıda "London taksiləri” TX4-ün istifadə hüququnun eksklüziv sahibi olan Baku Taxi şirkəti əyləşmə tarifini artırdı.
Oxu.Az xəbər verir ki, Baku Taxi şirkəti 500 avtomobildən ibarət olan yeni London keblərinin partiyasını gətirib.
"Yeni partiya artıq fəaliyyətdə olan 1000 avtomobildən xaricən seçilməsə də, onlar müasir avadanlıqlarla, yəni naviqatorlar, ödəmə qurğuları və s. ilə təchiz edilib. Bununla əlaqədar olaraq yeni keblərdə əyləşmə qiyməti 1 manatdan 3 manata qədər artırılıb. Yeni maşınlar sifariş ilə işləmir. Onlar yalnız şəhərin müəyyən hissələrində hərəkət edirlər. "London taksiləri”ndən istifadə edən müştəri tariflərin dəyişməsinə dair xəbərdar edilir”, - şirkətdən bildiriblər.
Hal-hazırda "London taksiləri”ndə 10 km-ə qədər məsafə üçün 1 km-in qiyməti 0,7 manatdan, 10 km-dan 20 km-ə qədər isə 0,4 manatdan, 20 km-dən çox məsafə üçün isə 1 km-in qiyməti 0,2 manatdan ibarətdir.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi