• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 6 hərəkət zolaqlı yol salınır - FOTOLAR

Bakıda 6 hərəkət zolaqlı yol salınır - FOTOLAR
29.09.2015 11:25
21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, hazırda tikinti işləri avtomobil yolunun 0-7-ci kilometrlik hissəsində aparılır. Sözügedən ərazidə yolun tikintisi altına düşən maneələr kənarlaşdırılır, yol boyu torpaq işləri görülür və yol yatağı tikilir.

Prezident İlham Əliyevin sərəncamına əsasən təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” əsasında tikinti aparılan Qala-Pirallahı avtomobil yolunun 0-7-ci kilometrlik hissəsinin 6 hərəkət zolaqlı olması planlaşdırılır. Hər bir hərəkət zolağının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11,5 metrdir. Yolun ümumi eni 33 metr, ayrıcı zolağın eni 3 metr, çiyinlərin hər birinin eni isə 3,75 metrdir.

Hazırda tikintisi aparılan yolun hamarlayıcı qatının qalınlığı 30 santimetr, qırmadaşlı əsas layın qalınlığı isə 27 santimetrdir. Bundan başqa, bitumlu əsas lay 15 santimetr, əlaqələndirici qat 8 santimetr, aşınma qat isə 4 santimetr olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 santimetr olacaq.

Qeyd edək ki, layihə üzrə Qala-Pirallahı və Qala-Şüvəlan avtomobil yolunun tikintisi işləri Qala-Pirallahı istiqamətində artıq başa çatdırılıb. Sözügedən yolda tikinti işləri 7-ci kilometrlik hissəsindən başlayıb və 21,6-cı kilometrlik hissədə başa çatdırılıb. Layihə üzrə nəzərdə tutulmuş bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib əhalinin istifadəsinə verilib.
 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol