• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda pensiya yaşı artırıla bilməz" - Komitə sədrindən AÇIQLAMA

"Azərbaycanda pensiya yaşı artırıla bilməz" - Komitə sədrindən AÇIQLAMA
29.09.2015 13:06
Müxtəlif səbəblərdən dünyada insanların ömrü getdikcə qısalır. İndi bir çox ölkələrdə kişi və qadınlar 65-70 yaşlarına çatanda hansısa səbəblərdən dünyasını dəyişirlər. İnsanların ömrünün qısalmasına rəğmən, bəzi ölkələr pensiyalara daha az vəsait xərclənməsi məqsədilə təqaüd yaşını artırmaq istiqamətində addımlar atırlar.
Bəzi iqtisadçılar belə hesab edir ki, pensiya yaşının uzadılması maliyyə böhranı ilə mübarizə üçün yaxşı reseptdir. Onların fikrincə, pensiya yaşının artırılması ilə pensiyalara ayrılan vəsaiti azaltmaq mümkündür.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin sentyabrın 28-də "Azərbaycanda pensiya yaşı artırıla bilər” açıqlaması cəmiyyətdə narazılıqla qarşılanıb. 
Məlumat üçün bildirək ki, ölkəmizdə qadınların pensiyaya çıxma yaşı 60, kişilərinki isə 63-dür.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına deyib ki, Elman Mehdiyevin açıqlaması bu gün üçün real sayıla bilməz:

"Azərbaycanda yaxın gələcəkdə pensiya yaşının artırılması ideyası yoxdur”.

Komitə rəhbəri deyib ki, parlamentdə bununla bağlı hər hansı layihə hazırlanmayıb, hər hansı müzakirə aparılmayıb:

"Avropada qadın və kişilərin orta pensiya yaşı 65-dir. Qərbi Avropa ölkələrinin əksəriyyətində qadınların pensiya yaşı 63, kişilərinki 67-dir.

Nəzərinizə çatdırım ki, Azərbaycanda orta pensiya yaşı müəyyən olunanda insanların orta ölüm yaşı nəzərə alındığından, bu gün pensiya yaşının artırılması gündəmdə yoxdur və heç müzakirə mövzusu da deyil”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol