• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Paraqvay arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan və Paraqvay arasında Anlaşma Memorandumu imzalandı
29.05.2020 03:36
Xarici işlər naziri Elmar Məmmədyarov paraqvaylı həmkarı Eladio Loizaga ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində paraqvaylı həmkarı Eladio Loizaga ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, iki ölkənin Xarici İşlər nazirlikləriarası siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edilib.

Görüşdə regional və beynəlxalq mövzular, o cümlədən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu, Paraqvayın MERKOSUR-dakı fəaliyyəti, Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələri, habelə Ermənistan-Azərbaycan münaqişəsi barədə fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin son vəziyyəti və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə paraqvaylı həmkarına məlumat verən E.Məmmədyarov Paraqvay Milli Konqresinin Deputatlar Palatasında müvafiq bəyanatın qəbul edilməsinin əhəmiyyətli olduğunu bildirib.
Nazir paraqvaylı həmkarını Azərbaycana səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü bildirən nazir, qarşılıqı olaraq azərbaycanlı həmkarını da Paraqvaya səfərə dəvət edib.

Görüşün sonunda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol