Azərbaycanın konsullarına yeni səlahiyyətlər verildi

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri artırıldı.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, konsula Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququnun verilməsi nəzərdə tutulur.
Qüvvədə olan qanuna əsasən isə konsulun səlahiyyəti Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır.
Dəyişikliklər "15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunla nəzərdə tutulmuş fərdi identifikasiya kartının xaricdə yaşayan vətəndaşların əldə edə bilməsi məqsədilə təklif edilir.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi