• $
  • €
  • ₽
  • ₺
  • £

​Bakıda avtobus sürücülərinə xüsusi nəzarət ediləcək

​Bakıda avtobus sürücülərinə xüsusi nəzarət ediləcək
01.10.2015 14:15
NİİM: Avtobus sürücüləri bilərəkdən bort avadanlığına müdaxilə edirlər

Bakı şəhərində ictimai nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, sürücülərdə idarəetmə mədəniyyətinin yüksəldilməsi və onların daha məsuliyyətli olması üçün xüsusi GPS sisteminin yaradılması təklif edilir. Bunu "Report"a açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, hazırda müzakirə mərhələsində olan bu ideyada avtobusun yerinin müəyyən olunması, sürücünün nəzərdə tutulmuş marşrutdan yayınması, sürücünün avtobusu hansı sürətlə idarə etməsi, qırmızı və yaşıl işıqlar yanarkən hərəkət tərzi, qapının açıq saxlanılması və s. bu kimi önəmli məsələlərə nəzarətin təşkili nəzərdə tutulub.

"Hazırda belə bir təklif üzərində iş gedir. Bu sistem imkan verəcək ki, sürücülərin gün ərzində hərəkətlərinə nəzarət edək və ayın sonunda işində problem aşkar olunanların kimlə əvəzlənməli olduqlarını müəyyənləşdirək", - deyə Ş.Mehmanqızı məlumat verib.

Qeyd edək ki, hazırda ictimai nəqliyyatda sürücülərin iş prosesini izləmək üçün bort avadanlığı quraşdırılıb. Lakin sürücülər kameradan görünməmək üçün onu qəsdən zədələyir və ya sıradan çıxarır. Nəticədə, NİİM dayanacaqlarda quraşdırılan monitorda avtobusun gəlmə vaxtını görə bilmir. Bu da sərnişinlər arasında çaşqınlıq yaradır. Hazırda avtobus dayanacaqlarında monitorların mütəmadi olaraq və ya düzgün işləməməsi məhz avtobus sürücülərinin bort avadanlığına müdaxilə etməsi nəticəsində belə bir vəziyyətin yaranmasına gətirib çıxarır. Buna görə sürücü və sahibkarlar dəfələrlə cərimələnsələr də, analoji hallar yenə qeydə alınır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol