• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi: Tıxacın yaranmasında sürücülər günahkardır

Yol polisi: Tıxacın yaranmasında sürücülər günahkardır
02.10.2015 16:44
Metronun Avtovağzal stansiyasının tikinitisi ilə əlaqədar Sumqayıt-Bakı yolunda günün müxtəlif saatlarında avtomobillərin sıxlığı müşahidə olunur. Bu isə həmin istiqamətdə hərəkət edən insanların mənzil başına vaxtında çatmasına mane olur.

Sözügedən yolda müşahidə olunan sıxlıqla bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, Sumqayıt-Bakı yolunda ilk günlər nəqliyyat vasitələrinin sıxlığı yaransa da, artıq ərazidə tıxac müşahidə olunmur.

Qurum rəsmisi həmin yolda sıxlığı yaradan amillərə toxunaraq bildirib ki, tıxacı sürücülər yaradır: "Sürücülər həmin ərazidən keçərkən sürəti azaldırlar. Bu da yolda sıxlığın yaranmasına, nəqliyyatın ləngiməsinə səbəb olur. İki gün öncə ilə müqayisədə ərazidən keçmək artıq rahatdır”.

Qadağalara baxmayaraq yük maşınlarının Bakıda hərəkət etməsinə gəlincə isə, K.Əliyev qeyd edib ki, onlar yol polisinin verdiyi buraxılışlar əsasında paytaxta daxil olurlar: "Maksimum kütləsi 5 tona qədər olan yük avtomobilləri və dövlət əhəmiyyətli obyektlərdə işləyənlər Bakı şəhərində hərəkət edə bilərlər. Amma digər yük avtomobillərinin təkcə Bakı şəhərinə girişi yox, gündüz vaxtlarında da şəhərdə hərəkətinə məhdudiyyət qoyulub”.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol