• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda müəllimlik arzusunda olan kişilərin sayı artır" - NAZİR

"Azərbaycanda müəllimlik arzusunda olan kişilərin sayı artır" - NAZİR
05.10.2015 13:36
Nazir Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib

Təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib. "Report"un xəbərinə görə, nazir təbrikində bildirib ki, bu il keçirilən şəffaf müsabiqə nəticəsində ümumilikdə 2618 nəfər işə qəbul olunub: "Yüksək rəqabət şəraitində keçirilən bu müsabiqənin nəticəsi müəllimlik ixtisasına olan marağın göstəricisidir". 

Nazirin sözlərinə görə, bu il müəllimlik ixtisasını seçən və yüksək bal toplayan abituriyentlərin müəllim olmaq istəyənlərin ümumi sayına nisbəti xeyli artıb: "Bu bizi sevindirir. Digər bir məqam ondan ibarətdir ki, uzun müddət belə bir tendensiya var ki, müəllim olmaq istəyənlərin gender balansında xanımların sayı üstünlük təşkil edir. Ancaq son illərdə apardığımız müşahidələr onu göstərir ki, artıq müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır. Bu da sevindiricidir".

O, həmçinin bildirib ki, Azərbaycanda həmişə müəllim adı, müəllim əməyi yüksək tutulub: "Hər il olduğu kimi, bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir. Təhsildə aparılan bütün islahatyönümlü tədbirlərin ən başlıcası müəllimlə bağlıdır. Müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində son illərdə aparılan davamlı və məqsədyönlü tədbirlər bu şərəfli missiyanın ictimai çəkisini xeyli artırıb. Biz bütün müəllimlərimizi, eləcə də dövlət mükafatları ilə təltif olunan və yeni tədris ilindən ilk dəfə olaraq fəaliyyətə başlayan müəllimlərimizi bir daha təbrik edirik!". 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol