• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi:"Əks təqdirdə Azərbaycanı itirə bilərsiniz"

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi:"Əks təqdirdə Azərbaycanı itirə bilərsiniz"
07.10.2015 11:32
Avropa Parlamentində qəbul edilmiş qətnamə rəsmi Bakının Avropa ilə əlaqəli iri enerji layihələrin həyata keçirilməsində marağını azalda bilər.

Trend-in məlumatına görə, bu fikirlər Brüsseldə fəaliyyət göstərən nüfuzlu "EurActiv” xəbər portalında yayımlanan "Avropa Parlamentində keçirilmiş səsvermədən sonra TAP və DESFA-nın qeyri-müəyyən gələcəyi" adlı məqalədə qeyd olunur.

Müəllif Avropa Parlamentində qəbul edilmiş məlum qətnamənin Azərbaycanda geniş əks-səda doğurduğunu və rəsmi Bakının Avropa ilə əlaqəli iri enerji layihələrin həyata keçirilməsində marağının azala biləcəyinə işarə vurur.

Müəllif Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brokun qətnamənin qəbulu zamanı prosedur qaydaları pozuntusuna yol verildiyini, məsələnin komitələr çərçivəsində müzakirə olunmalı, daha sonra səsverməyə çıxarılmalı olduğunu bildirdiyini oxucuların diqqətinə çatdırır.

E.Brokun "əks təqdirdə Azərbaycanı itirə bilərsiniz” şəklində xəbərdarlıq etdiyini də xatırladan müəllif Azərbaycan parlamentinin məsələ ilə əlaqədar növbədənkənar iclas keçirdiyini və qəbul edilmiş qətnamənin Azərbaycana qarşı qərəzli münasibətin olması ilə əlaqələndirdiyini diqqətə çatdırır.

Məqalədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun Avropa Parlamentinin bu qərəzli oyunlarına qarşı ən tutarlı cavabın Azərbaycan xalqının öz Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsinin olduğu vurğulanır.

Sonra müəllif Azərbaycanın Avropa İttifaqının qaz təchizatının diversifikasiyasında mühüm rol oynadığını xatırladaraq, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi barədə məlumat verir və bu dəhlizin inşasının xüsusilə Cənub-Şərqi Avropa ölkələrinin Rusiya qazından asılılığının azaldılması üçün ilk real addım olduğu vurğulanır.

Eyni zamanda, SOCAR-ın Yunanıstanın qaz paylayıcı şəbəkəsi olan DESFA-nın hissələrinin 66%-nin sahibi olduğu və bu hissələrə Avropa İttifaqının təkidi ilə yiyələndiyi, lakin 2014-cü ilin noyabrında Avropa Komissiyası tərəfindən bu sövdələşmənin Avropa İttifaqının Üçüncü Enerji Paketi ilə uyğunluğunun araşdırılması üçün təhqiqatın başlandığı xatırladılır.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol