• $
  • €
  • ₽
  • ₺
  • £

“Avropa Azərbaycanı itirirmi?” – Yerli ekspertlər cavab verir

“Avropa Azərbaycanı itirirmi?” – Yerli ekspertlər cavab verir
07.10.2015 14:15
Brüsseldə fəaliyyət göstərən nüfuzlu "EurActiv” xəbər portalında "Avropa Parlamentində keçirilmiş səsvermədən sonra TAP və DESFA-nın qeyri-müəyyən gələcəyi" adlı məqalə dərc olunub. Müəllif Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brokun qətnamənin qəbulu zamanı prosedur qaydaları pozuntusuna yol verildiyini, məsələnin komitələr çərçivəsində müzakirə olunmalı, daha sonra səsverməyə çıxarılmalı olduğunu bildirdiyini oxucuların diqqətinə çatdırıb. 

E.Brokun "əks təqdirdə Azərbaycanı itirə bilərsiniz” şəklində xəbərdarlıq etdiyini də xatırladan müəllif Azərbaycan parlamentinin məsələ ilə əlaqədar növbədənkənar iclas keçirdiyini və qəbul edilmiş qətnamənin Azərbaycana qarşı qərəzli münasibətin olması ilə əlaqələndirdiyini vurğulayıb. 

Məqalədə xüsusilə qeyd edilib ki, Avropa Parlamentində qəbul edilmiş qətnamə rəsmi Bakının Avropa ilə əlaqəli iri enerji layihələrin həyata keçirilməsində marağını azalda bilər. 

Adıçəkilən məqalədə qaldırılan məsələlərlə bağlı ANN.Az xəbər portalının əməkdaşı  Milli Məclisinin üzvü, YAP-ın Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin və Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın münasibətini öyrənib.
 
 

 
Deputat Aydın Mirzəzadə bu qənaətdədir ki, artıq Avropada  da Azərbaycana qarşı qəbul edilmiş qətnamədən narahatdırlar və müəyyən iqtisadi bazarların Azərbaycanla əlaqələrinin azalacağı təhlükəsini hiss edirlər:  "Bir ay bundan öncə qəbul edilən qətnamə müəyyən qüvvələrin  Azərbaycana qarşı səlib yürüşü idi. Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etdi və Azərbaycan da buna qarşı öz layiqli cavabını verdi. Düzdür, hazırda Avropa ilə heç bir əlaqələrimiz kəsilməyib və bu əlaqələri kəsmək fikrində də deyilik. Bu gün Azərbaycanın Ermənistandan başqa heç bir düşməni yoxdur. Avropa Parlamentinin qətnamə qəbul etməsi düşmənçilik münasibətlərin yaranması demək deyil”.    

Azərbaycanın enerji layihələri üzrə planlarını, öhdəliklərini yerinə yetirdiyini, bundan sonar da olduğu kimi davam edəcəyini vurğulayan A.Mirzəzadə  Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brokun bu cür çıxışının  heç nəyi dəyişməyəcəyini əlavə edib: "Yəni həmişə olduğu kimi Azərbaycan Avropa ilə əlaqələrini davam etdirəcək. Sadəcə, Azərbaycanla Avropa Parlamenti arasında münasibətlər əvvəlki səviyyədə deyil. Bu qətnamədən sonra tək Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brokun çıxışı deyil, digər Avropa rəsmilərinin də Azərbaycana qarşı münasibətləri müsbət mənada dəyişib”.
 

 
Mövzu ilə bağlı ANN.Az-a fikirlərini açıqlayan İlham Şaban bu kimi bəyanatların heç bir siyasi əsası olmadığını deyib: "Hansısa bir deputatın iclasda belə fikir səsləndirməsinin, yaxud "Avropa Azərbaycanı itirə bilər” kimi cümlələr işlətməsinin iqtisadi baxımdan hansı əsası ola bilər ki? Praktik baxımdan belə çıxır ki, artıq Azərbaycan öz qazını Avropaya verməyəcək? Bu vaxta qədər qurduğu iqtisadi əlaqələrini dayandıracaq? Əlbəttə, yox! Azərbaycan özü maraqlıdır ki, iqtisadi baxımdan Avropa ilə əlaqələrini genişləndirsin. Avropa-Azərbaycan münasibətlərinin mənfiyə doğru getməsi Azərbaycana daha çox ziyan gətirə bilər, nəinki Avropaya”.

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol