• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif edib

Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif edib
08.10.2015 10:48
"Ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi üçün kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaq lazımdır. 

Məhz kiçik və orta sahibkarlığı inkişaf etmiş ölkələr dünyada dayanıqlı, sabit inkişaflı ölkələr sayılır. Heç də böyük sahibkarlığı, iri korporasiyaları olan ölkələr inkişaf etmiş hesab edilmirlər. Onlarda iqtisadi sabitlik dayanıqlı olmur.” 

Bu fikri Milli Məclisdə 6 komitənin birgə iclasındakı çıxışı zamanı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. 2016-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sahibkarlara lazımi şərait yaradılmasına, ilk növbədə vergi sistemində təkmilləşməyə ciddi ehtiyac olduğunu bildirib. "Biz Azərbaycanda xidmət, kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün ciddi tədbirlər həyata keçirməliyik. Bu sahələrin inkişafı peşəkar mütəxəssislər tələb edir ki, bu mütəxəssislərin hazırlanması üçün də peşə təhsili sahəsi gücləndirilməlidir. Azərbaycanda xidmət sahəsi inkişaf edir, müasir otellər, istirahət mərkəzləri yaradılır. Lakin ölkəyə turistlərin cəlb edilməsi üçün turizm sahəsi inkişaf etdirilməlidir. Turizm sahəsinin də inkişafı üçün gənc, peşəkar menecerlərə ciddi ehtiyac var. 

Hazırda bu sahədə çalışan menecerlərin çoxu xaricdən gələn mütəxəssislərdir. Biz bu sahənin inkişafı üçün yerli mütəxəssisləri hazırlamağa çalışmalıyıq." – deyə Asim Mollazadə əlavə edib. Millət vəkili həmçinin diplomatların maddi durumunun yaxşılaşdırılması təklifi ilə çıxış edib. O bildirib ki, "Diplomatik xidmət haqqında” qanuna görə rotasiya zamanı mərkəzi aparatda işləməli olan diplomatların maaşlarının artırılması vacibdir: "Bizim diplomatik korpusda bir neçə xarici dil bilən gənc, peşəkar diplomatlarımız fəaliyyət göstərir. Onlar rotasiya qaydasına uyğun olaraq, xaricdə diplomatik xidmət müddətləri başa çatandan sonra vətənə qayıtmalı və xidmətlərini mərkəzi aparatda davam etdirməlidirlər. Bu zaman onların maaşları diplomatik xidmət zamanı aldıqları maaşlara adekvat olmalıdır ki, öz maddi ehtiyaclarını təmin edə bilsinlər. Elə şərait yaratmaq lazımdır ki, illər ərzində yetişmiş bu savadlı, peşəkar insanlar vətənə qayıtsınlar və xidmət etsinlər. Hökumət bu istiqamətdə müvafiq addımlar atmalıdır.” A.Mollazadənin kiçik və orta sahibkarlığın inkişafına dair təklifinə cavab olaraq maliyyə naziri Samir Şərifov bildirib ki, prezident də kiçik və orta sahibkarların dövlət tərəfindən dəstəklənməsi üçün tapşırıqlar verib və hökumət bu istiqamətdə müvafiq addımlar atacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol