• $
  • €
  • ₽
  • ₺
  • £

Qvatemala parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul etdi

Qvatemala parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul etdi
08.10.2015 13:35
APA-nın məlumatına görə, Qvatemala Konqresinin 6 oktyabr tarixindəki iclası zamanı müzakirə olunan məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı aktları olub. Xocalı faciəsi ilə bağlı qətnamə səs çoxluğu ilə qəbul edilib. Qətnamədə qeyd olunub ki, 20 faiz Azərbaycan torpaqlarının işğalı zamanı 30 min Azərbaycan vətəndaşı öldürülüb, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
 
Qətnamədə deyilir:

"Azərbaycan Respublikası hökuməti, dövləti, parlamentdə olan həmkarlarımız, xüsusilə ərazi münaqişəsi səbəbindən əziyyət çəkən əhali ilə həmrəyliyimizi bəyan edirik".

"Azərbaycan və Ermənistan respublikaları arasında yaranmış bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfləri dialoqa, münaqişənin həlli üçün mexanizm hazırlamağa çağıran və beynəlxalq cəhətdən tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipinə hörməti tələb edən qətnamələrlə çıxış edib. Qvatemala BMT-yə üzv ölkə kimi beynəlxalq hüquqa hörmət çərçivəsində universal dəyərlərin təmin olunmasına tərəfdardır. Eyni zamanda Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ ərazisi ilə bağlı münaqişə 30 min nəfərin ölümünə, Azərbaycanın 20 faiz torpaqlarının işğalına və 1 milyondan çox qaçqın və məcburi köçkünün yaranmasına səbəb olub. Qanunverici orqan haqqında qanunun 107-ci maddəsini nəzərə alaraq ilk növbədə BMT çərçivəsində beynəlxalq cəhətdən tanınmış Azərbaycan sərhədlərini keçərək Azərbaycanın suveren ərazisinin işğal edilməsini və 1992-ci ilin 26 fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsini pisləyirik. Azərbaycan Respublikası hökuməti, dövləti, parlamentdə olan həmkarlarımız, xüsusilə ərazi münaqişəsi səbəbindən əziyyət çəkən əhali ilə həmrəyliyimizi bəyan edirik. Beynəlxalq sülh və təhlükəsizliyə məsuliyyət daşıyan orqanları əhali üçün sülh, azadlıq və digər insan haqlarının fundamental prinsiplərini təmin etmək və müharibəyəqədərki ərazi bütövlüyünü bərpa etmək üçün effektiv tədbirlər görməyə çağırırıq. Ermənistan hökumətini BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 qətnamələrini əməl etməyə və tərəfləri istənilən aktdan çəkinməyə çağırırıq”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol