• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda həftəsonu bu tamaşalar nümayiş olunacaq

Musiqili Teatrda həftəsonu bu tamaşalar nümayiş olunacaq
08.10.2015 20:01

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 tamaşa nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 9, 10, 11 oktyabr tarixlərində saat 19.00-da tamaşaçılara təqdim olunacaq "Qızıl toy” (O. Kazımi, R. Heydər), "Fransızsayağı qarnir” (M. Kamoletti) və "www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov) tamaşalarından gedir.
 
Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Səidə Şərifəliyeva, Əkbər Əlizadə,  Svetlana Bulax, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər.
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 10 oktyabr saat 19.00-da M. Kamolettinin "Fransızsayağı qarnir” əsəri rus dilində nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonu asudə vaxtlarını səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol