• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Yol Polisinin rəisi məhkəmədə dindirilə bilər

Bakının Yol Polisinin rəisi məhkəmədə dindirilə bilər
29.05.2020 06:08
Bu gün Xətai Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərovun "azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmənin növbəti iclası keçirilib.

Bu barədə "Report”a "azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli məlumat verib.

O bildirib ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə N.Səfərovun nümayəndəsi çıxış edib: "Vəkil "Nuşirəvan və "bayquşlarının” sərgüzəştləri adlı yazıda Nuşirəvan Səfərovun təhqir olunduğunu, ona böhtan atıldığını dedi. O, bir neçə ifadəni və fikri əsas gətirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi”.

Sayt rəhbəri isə dindirilən zaman sözügedən yazının təhlil xarakterli olduğunu, məqsədinin N.Səfərovun şəxsinə hücuma keçmək, onu təhqir etmək olmadığını deyib: "DYP-yə qarşı rüşvət ittihamına görə özünü təhqir olunmuş sayan Nuşirəvan Səfərovun ötən ilin aprel ayında 2 500 manat rüşvət alarkən saxlanılan və işdən uzaqlaşdırlan bacısı oğlunun məsələsinə aydınlıq gətirilməsini istədim. Bu məsələdə Nuşirəvan Səfərovun bir rəis və dayı kimi məsuliyyət payının aydınlaşdırılmasını məhkəmədən xahiş etdim”.

Hakim Habil Məmmədov E.Məhərrəmlidən məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən şəxsin – Nuşirəvan Səfərovun məhkəmədə iştirak etməsini istəyib-istəmədiyini soruşub. Vəkil E.Sadıqov isə BPİDYPİ rəsinin məhkəmədə iştirak etməsini istədiklərini bildirib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, bu il avqustun 31-də "azpolitika.info” saytında "Nuşirəvan və "bayquşlarının” sərgüzəştləri - DYP mafiyası məğlubedilməzdir?!” adlı yazı yayımlanıb. N.Səfərov məhkəməyə müraciət edərək yazıda təhqir olunduğunu iddia edib. O, məhkəmədən E.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol