• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlik: "Səudiyyə Ərəbistanı hökuməti zəvvarlardan heç bir məbləğ və rüsum tutmur"

Səfirlik: "Səudiyyə Ərəbistanı hökuməti zəvvarlardan heç bir məbləğ və rüsum tutmur"
08.10.2015 20:37
"Göstərilən xidmətin səviyyəsi isə Azərbaycan Respublikasında həcci təşkil edən qurumla, Krallıqda bu xidmətləri göstərən özəl qurum arasındakı razılaşmadan asılıdır"

Səudiyyə Ərəbistanı Krallığı hökuməti zəvvarlardan heç bir məbləğ və rüsum tutmur. APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin son zamanlar bəzi KİV-lərdə Səudiyyə Ərəbistanı Krallığı hökumətinin  həcc zəvvarlarından pul aldığı və onu hacıların ehtiyacları üçün istifadə etmədiyi barədə gedən məlumatlara cavab olaraq yaydığı açıqlamada bildirir. 
 
Məlumatda bildirir ki, həcc ziyarətini yerinə yetirmək istəyən zəvvarın ödədiyi pul, ona Səudiyyə hökumətinə aidiyyəti olmayan özəl sektor tərəfindən göstərilən əsas xidmətlərin (Mina və Ərafatda qalmaq, yeyib-içmək və nəqliyyat) haqqından ibarətdir: "Səfirlik bir daha nəzərə çatdırır ki, həcc və ümrə vizaları pulsuz olaraq verilir və bu cür vizalara görə Səudiyyə hökuməti hər hansı bir rüsum almır. Bundan əlavə Krallığın hökumət qurumları da göstərdiyi xidmətlərə görə həcc və ümrə zəvvarlarından heç bir haqq almır”.
 
"Nəzərə alınmalıdır ki, Allah qonaqlarının rahatlıq və arxayınlığını ən yüksək səviyyədə təmin etmək məqsədi ilə, Krallıq İki Müqəddəs Məscidin və müqəddəs yerlərin yenidən qurulması və genişləndirilməsi, eləcə də Məkkətül-mükərrəmə və Mədinətül-münəvvərəini inkişafına  hər il bəzi dövlətlərin dövlət büdcəsinə bərabər olan milyardlarla dollar miqdarında vəsait xərcləyir.
 
Səfirlik bir daha vurğulayır ki, yuxarıda qeyd edilən xidmətlərin göstərilməsində baş verən hər hansı bir qüsur özəl sektordan olan həcc təşkilatçılarına aiddir. Göstərilən xidmətin səviyyəsi isə Azərbaycan Respublikasında həcci təşkil edən qurumla, Krallıqda bu xidmətləri göstərən özəl qurum arasındakı razılaşmadan asılıdır”, deyə açıqlamada qeyd olunub.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol