• $
  • €
  • ₽
  • ₺
  • £

Kalmık Teatrı qastrol tamaşalarına start verdi

Kalmık Teatrı qastrol tamaşalarına start verdi
09.10.2015 14:19

Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrının yaradıcı heyəti  qastrol tamaşalarının nümayişinə start verdi.
 
ANN.Az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayının 9-dan - 11-dək iki tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək kollektivin təqdim etdiyi ilk tamaşa azyaşlı  izləyicilər üçün nəzərdə tutulub. A.S.Puşkinin "Золотая рыбка” ("Qızıl balıq”) əsəri əsasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova, quruluşçu rəssamı isə Saqlara Çulkayevadır. Tamaşada Kalmıkiyanın Əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.
 
 
Tamaşa bu gün saat 12.00, 14.00, 16.00, 18.00, oktyabr ayının 10-da saat 10.00, 12.00, 14.00, 16.00, 18.00-da, oktyabr ayının 11-də isə saat 10.00, 12.00 və 14.00-da nümayiş etdiriləcək.
 
 
Oktyabr ayının 11-də saat 19.00-da təqdim olunacaq növbəti tamaşa Ə.Əmirlinin "Любящая женщина” ("Sevən qadın”) ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov tərəfindən səhnələşdirilib.
 
Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları, Kalmıkiyanın Əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.
 
 
"Любящая женщина” tamaşasının nümayişindən sonra qastrol səfərinin bağlanış mərasimi keçiriləcək.
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol