• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşayış olan tarixi binalar özəlləşdirilə bilərmi? - Araşdırma

Yaşayış olan tarixi binalar özəlləşdirilə bilərmi? - Araşdırma
09.10.2015 16:08
Azərbaycanda xeyli sayda sadə vətəndaşların yaşadığı tarixi binalar var. Tarixi binaların sayı çox olduğuna görə, hökumət orada yaşayışa icazə verir. Amma həmin binalarda yaşayan şəxslər bu mənzillərin özəlləşdirilməsi ilə bağlı problemlərlə qarşılaşırlar. Bu problem necə aradan qaldırılmalıdır? Əslində, tarixi binaların mənzillərinin özəlləşdirilməsi prosesi necə həyata keçirilir? Belə binalarda mənzillərin özəlləşdirilməsi zamanı ilkin icazə hansı rəsmi orqandan alınmalıdır? Tarixi binlarla bağlı fəqli yanaşmalar mövcuddurmu?

Mövzunu araşdıran ANN.Az xəbər portalının əməkdaşı mütəxəssislərə müraciət edib. Hüquqşünas Cavid Rzayev qeyd edib ki, qanunvericilikdə özəlləşdirməni nəzərdə tutan mülkiyyət forması xüsusi mülkiyyət hesab olunur: "Əgər tarixi binalardakı mənzillərdə uzun müddət yaşayış olursa və həmin bina sahiblərinin orderi varsa, mənzil sahibi həmin mülkü özəlləşdirmək istəyirsə, adi prosedur qaydada özəlləşdirilmə həyata keçirilməlidir. Tarixi binalarla bağlı fərqli yanaşma onun qiymətləndirilməsi ilə bağlı ola bilər. Misal üçün, eyni ərazidə adi bina və tarixi bina banka girov qoyulursa, bu zaman tarixi binanın qiymətləndirilməsi daha baha olacaq. Bundan başqa tarixi binalarla bağlı hər hansı məhdudiyyət, qadağa və s. yoxdur”.

Hüquqşünas əlavə edib ki, tarixi bina sökülub yerinə təzə mülk tikilibsə, təzəsi tarixi bina adlandırıla bilməz. Nə də, hər sökülən bina tarixi bina hesab edilə bilməz: "Çünki tarixi bina olsaydı, həmin yaşayış məntəqəsi sökülməzdi. Ola bilər, tarixi əhəmiyyəti olmayan köhnə bina olsun.  Əgər hər hansı tarixi bina sökülməsi nəzərdə tutularsa, dövlət həmin bina sakinlərini başqa yaşayış binasına köçürəcək. Tarixi binalarla bağlı daha bir fərqlilik qanunvericilikdə də təsbit olunub və qeyd olunur ki, tarixi əhəmiyyətli tikililər xarici vətəndaşlara satıla bilməz”. 

Cavid Rzayevin fikrincə, əgər hər hansı tarixi binada yaşayan şəxs o mülkiyyəti özəlləşdiribsə, dövlət həmin şəxsə kompensasiya verib, onu mənzilindən çıxara bilməyəcək: "Yalnız dövlət həmin şəxsdən bu mülkiyyəti onun adından çıxarıb dövlətin mülkiyyəti elan edəcək. Daha dəqiq desək, dövlət onu mülkiyyətçidən alacaq. Dövlət bazar qaydası ilə həmin şəxslə razılığa gəlməlidir”.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məsələ ilə əlaqədar açıqlamasında tarixi binaların özəlləşdirilmədiyini deyib: "Tarixi binalarda mənzillər və obyektlər özəlləşdirilmir. Bu iş, yəni tarixi binaların özəlləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin xüsusi icazəsi ilə həyata keçirilir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin memarı Fəxri Alıyev ANN.Az-a açıqlamasında bildirib ki, tarixi binaların özəlləşdirilməsi bu komitənin səlahiyyətləri daxilində deyil. Bu məsələ ilə əlaqədar sənədlərin verilməsində Şəhərsalma və Arxitektura Komitəsinin heç bir icazə sənədi olmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tarixi binaların özəlləşdirilməsində qurumun rəyi mütləq olmalıdır: "Tarixi binaların hər hansı bərpa və ya yenidənqurma işlərində Mədəniyyət və Turizm Nazirliyinin mərkəzi icra orqanı bu məsələyə öz rəyini verməlidir”.

Orxan Aslanlı

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol