• $
  • €
  • ₽
  • ₺
  • £

"Barselona"ya rekord təklif - 320 milyon

"Barselona"ya rekord təklif - 320 milyon
10.10.2015 14:40
"Barselona" futbol tariхinin ən böyük təklifini ala bilər. 

ANS PRESS-in məlumatına görə, Kataloniya klubunun forma sponsoru olan "Qatar Airways" başa çatmaq üzrə olan müqaviləni yeniləmək üçün yeni təkliflə çıхış etməyə hazırlaşır.

Tərəflər arasındakı mövcud müqavilə 2016-cı ildə başa çatacaq. 2010-cu ildək formasına reklam götürməyən və yalnız dəstək məqsədi ilə UNICEF-in loqosunu yerləşdirən "Barselona" "Qatar Airways"la illik 3,5 milyon avroluq müqavilə imzalamışdı. Yayılan məlumatlara görə, kataloniyalılar gələn başa çatacaq anlaşmanın müddətini artırmayacaq. 

Bu iddialar Qətər şirkətini hərəkətə keçirib. Məlumata görə, "Barselona" ilə danışıqlar masasına əyləşən "Qatar Airways"ın CEO-su Akbal Al Baker və digər rəsmilər ilkin olaraq 60 milyon avro təklif ediblər. Bu təklif "Barselona"nı razı salıb, amma "Mançester Yunayted"in "Chevrolet"lə 71 milyon avroluq müqaviləsi tərəflərin anlaşmasına mane olub. Bu səbəbdən Qətər tərəfi yenidən təklif irəli sürməyə hazırlaşır. İddialara görə, şirkətin "Barselona"ya növbəti təklifinin dəyəri 80 milyon avro olacaq. 4 il üçün nəzərdə tutulacaq yeni müqaviləyə əsasən klub 320 milyon avro qazanacaq.

Forma sponsorluğundan ən çoх qazananlar

1. Mançester Yunayted (İngiltərə) - 71 milyon avro (Chevrolet)
2. Çelsi (İngiltərə) - 55 milyon avro (Yokohama)
3. Arsenal (İngiltərə) - 40 milyon avro (Fly Emirates)
4. Barselona (İspaniya) - 35 milyon avro (Qatar Airways)
5. Bavariya (Almaniya) - 33 milyon avro (Deutsche Telekom) 
6. Real (İspaniya) - 32 milyon avro (Fly Emirates)
7. PSJ (Fransa) - 28 milyon avro (Fly Emirates)
8. Mançester Siti (İngiltərə) - 27 milyon avro (Etihad Airways)
9. Liverpul (İngiltərə) - 27 milyon avro (Standard Chartered)
10. Tottenhem (İngiltərə) - 21 milyon avro (AIA)
11. Milan (İtaliya) - 20 milyon avro (Fly Emirates)

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol