• $
  • €
  • ₽
  • ₺
  • £

Yanan binanın ətrafında qalmaqal

Yanan binanın ətrafında qalmaqal
28.05.2020 20:32
Mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən dəhşətli yanğın zamanı avtomobillərinə və digər əmlaklarına ziyan dəymiş vətəndaşlar etiraz aksiyası keçirməyə hazırlaşır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə virtualaz.org saytına zərərçəkənlər özləri məlumat verib.

Zərərçəkən Ülvi Hüseynovun sözlərinə görə, yanğın zamanı 10 vətəndaşın avtomobilinə ziyan dəydiyi halda onların sahiblərinə heç bir ödəniş olmayıb:

"Bizə söz verildi ki, bina təmir olunana qədər avtomobillərimizə dəymiş ziyan ödəniləcək. Amma sonra bundan boyun qaçırdılar. Ekspertiza avtomobillərə və yaxınlıqdakı qeyri-yaşayış tikililərinə, sosial obyektlərə dəyən ziyanla bağlı rəy hazırlayaraq Nazirlər Kabinetinə də təqdim edib. Baş nazirin müavini Abid Şərifov da iclasda söz vermişdi ki, bizim problemimiz də həll olunacaq. Artıq üstündən 3 ay keçib, amma nəticə yoxdur”.

Ülvi Hüseynovun sözlərinə görə, onun avtomobilinə dəyən ziyanın məbləği 10 min manata yaxındır: 

"Buna baxmayaraq ekspertizanın rəyində 6 min 500 manat göstərilib. Ona da razıyam, təki dəymiş ziyanı ödəsinlər. Yaxınlıqda internet klubu olan adamlar var, obyektləri yanğında yararsız hala düşmüşdü. Onlara da söz verilmişdi ki, kompüterlər alınacaq, amma heç nə etmədilər. Bizim səsimizi eşidən yoxdur, ona görə də aksiya keçirəcəyik”.

Qeyd edək ki, bu il may ayının 19-da Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər dünyasını dəyişib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol