• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı İbrahim borcunun məbləğini açıqladı

Hacı İbrahim borcunun məbləğini açıqladı
10.10.2015 14:26
"Bakı Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyəti (ASC)  "Avesta” konserni Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib. ASC borcun qaytarılması barədə tələb irəli sürüb.

"Avesta” konserninin sahibi, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli "Bakı Mexanikləşdirmə” ASC-yə olan borcunun miqdarını açıqlayıb.
 
İş adamı Modern.az saytına deyib ki, şirkətə olan borcu 10 min manatdır: "Biz həmin şirkətdən kran icarəyə götürmüşdük. May ayından etibarən kran bizə gərəkli olmadığından onlara geri aparmağı məsləhət görmüşük. Amma bu günə kimi kranı götürməyib və təhvil-təslim etməyiblər. Bu, bizim günahımız deyil.

Mən tapşırıq vermişəm ki, təhvil-təslim prosesindən dərhal sonra vəsait ödənilsin. Onlar vaxtı uzadaraq daha çox pul almağa çalışırlar. Amma dərk etmirlər ki, may ayından ərazidə iş dayanıb və krana ehtiyac qalmayıb”.

Hacı İbrahim qeyd edib ki, məsələ ilə bağlı akt tərtib olunub:

"Biz akt tərtib etmişik. Şərləməklə deyil ki... Gəl, təhvil-təslim et, pulunu verməsələr, sənədini əlinə al, get məhkəməyə müraciət et. Heç bir yerdə belə bir sistem yoxdur axı...

"Niyə aparmırsız?” soruşanda da "kranı sökməyə pulumuz yoxdur” deyirlər. Digər tərəfdən də şərlə, böhtanla məhkəməyə müraciət edirlər. Hansı məntiqlə hərəkət edirlər, anlamıram”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol