• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı futbolçu vəfat etdi

Azərbaycanlı futbolçu vəfat etdi
12.10.2015 10:26
Tovuzun "Turan" komandasının sabiq futbolçusu və baş məşqçisi Sakit Alıyev vəfat edib. 

"Report"un məlumatına görə, bu barədə jurnalist İlqar Tağıyev status paylaşıb.
S.Alıyev uzun sürən xəstəlikdən sonra bu gün saat 7:00 radələrində 50 yaşında ikən dünyasını dəyişib. Yaxınlarının "Report"a verdiyi məlumata görə, veteran futbolçunun ölümünə 2011-ci ilin mayında oyun zamanı keçirdiyi insult səbəb olub. Sonradan o, İran, Rusiya və Gürcüstanda müalicə olunsa da, səhhətində müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Veteran futbolçunun nitqində və yaddaşındakı problem get-gedə böyüyüb: "Bu gün səhər uşağı qapının ağzında yerə yıxılıb. Bunu eşidən Sakit çölə çıxıb və o da qəfildən yerə sərilib. Bizə zəng edib dedilər ki, Sakitin vəziyyəti pisdir. Özümüzü çatdıranda gördük ki, təcili yardım maşını evlərinin qarşısındadır. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmadı".

Mərhum bu gün Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Sakit Alıyev 1965-ci il dekabrın 22-də Tovuzda anadan olub. O, futbolçu karyerasına 1992-ci ildə "Turan"da başlayıb. 1997-ci ildə "Kəpəz"ə keçsə də, bir il sonra Tovuz komandasına qayıdıb və karyerasını başa vurduğu 2004-cü ilədək orada çıxış edib. 2005-ci ildə isə S.Alıyev "Turan"da baş məşqçi Naci Şensoyun köməkçisi kimi fəaliyyətə başlayıb. 2006-cı ilin yanvarından etibarən o, qısa fasilələrlə komandada baş məşqçi və məşqçi kimi çalışıb. 2011-ci ilin mayında məşq zamanı insult keçirən mütəxəssis yerə yıxılıb. Həmin vaxtdan o, daim həkim nəzarətində olub. S.Alıyev futbolçu kimi 1994-cü ildə "Turan"la, 1998-ci ildə isə "Kəpəz"lə ölkə çempionu olub. 1995-ci ildə Tovuz komandası ilə gümüş, 1992 və 1993-cü illərdə bürünc medal qazanıb. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol