• $
  • €
  • ₽
  • ₺
  • £

Banklara əmanət qoyanlar nələrə diqqət yetirməlidir? - EKSPERT

Banklara əmanət qoyanlar nələrə diqqət yetirməlidir?  - EKSPERT
12.10.2015 11:03
Fevral ayında ölkədə baş verən devalvasiyadan sonra əhalinin əksər hissəsini banklarda milli valyuta ilə saxladıqları əmanətlər daha çox narahat etməyə başlayıb. Manatın digər valyutalara nisbətən dəyərinin aşağı enməsi statistik göstəricilərdə də özünü biruzə verir. Mərkəzi Bankın rəsmi məlumatına əsasən, banklarda əgər bu il iyulun 1-ə 7 milyard 653 milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentyabrın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb. Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb.  
 
İqtisadçı ekspert Vüqar Bayramov özünün "Facebook" profilindən paylaşdığı statusunda bunu bir sıra bankların öhədliklərini yerinə yetirə bilməməsi ilə əlaqələndirib və onun fikrincə, bu hal bəzi vətəndaşlarımızda pullarını əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərrəddüdlər yaradıb: "Lisenziyası hələ də ləğv edilməyən 2 bankda əmanətçilərin öz pullarını geri almaqda çətinliklərlə üzləşməsi problemi daha da aktuallaşdırıb". 

Ekspertin fikrincə, bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Bütün bunlar ilə yanaşı, hətta sadəcə təhlükəsizlik baxımdan vətəndaşların öz pullarını evlərində deyil, banklarda saxlaması daha məqsədəuyğundur. Bəs, əmanəti hansı bankda saxlamalı? Əmanət yerləşdirən zaman nələrə diqqət yetirməli?

1. Pulunuzu əmanət kimi banka yeləşdirməmişdən öncə bankların internet səhifəsinə daxil olub onun illik və rüblük hesabatlarına baxmaq vacibdir. Bu hesabatlar bankın fəaliyyəti barədə potensial əmanətçidə fikir formalaşdıra bilər. Əgər mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar.

2. Bankın internet səhifəsində maliyyə hesabatların mütəmadi yerləşdirilməsinə diqqət yetirmək. Öz maliyyə hesabatlarını internet səhifələrində mütəmadi yerləşdirməyən banklarda əmanətlərin yerləşdirilməsi heş bir halda tövsiyə edilmir.

3. Bankın Əmanətlərin Sığortalanması Fonduna üzvülüyü bir daha yoxlanılması vacibdir. Doğrudur, fondun məlumatına görə, 45 bank sözügedən qurumun üzvüdür. Bununla belə, bu istiqamətdə hər hansı dəyişikliklərin baş vermədiyinə əmin olmamaq üçün üzvülük statusuna baxılması vacibdir.

4. Bankda əmanət yerləşdirməmişdən öncə həmin bankla əməkdaşlıq etmiş yaxınlarınız və qohumlarınız arasında bir sorğunun keçirilməsinə ehtiyac var. Bununla da Siz əməkdaşlıq etməyi düşündüyünüz bankda problemlərin olub-olmadığını empirik olaraq müəyyənləşdirə bilərsiniz. Çünki tanişlarınız üzləşdiyi problemlər Sizin qərarlarınıza birbaşa təsir göstərəcək və onların fikrirləri real vəziyyəti əks etdirir.

5. Bankda əmanət yerləşdirmək üçün əvvəlki 4 şərtin hər hansı birinin deyil, hamısının təmin olunması vacibdir. Əgər, bu şərtlərdən hər hansı biri yoxdursa o zaman bir daha düşünməyiniz lazımdır.

6. Bankda əmanət yerləşdirən zaman bir bankda pulunuzun 30 min manatı (və ya dollar) ötməməsi və illik depozit faizinin 12-dən çox olmamasına diqqət yetirin. Nəzərə almaq lazımdır ki, sığorta əmanətlərə deyil, əmanətçıyə görə aparılır.

Ekspert sonda əmanətçilərə belə bir məsləhət də verməyi unutmur: "Yüksə faiz təklif edən deyil, etibarlı bankda öz pullarınızı saxlayın".
 
Orxan Aslanlı
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol