• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilir

Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilir
12.10.2015 14:49
Azərbaycanda Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən təqdim olunan qanun layihəsində "Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsinə dəyişikliklər təklif edilir.

Dəyişikliyə əsasən, maddənin beşinci hissəsinin ikinci və üçüncü cümlələri dəyişdirilərək yeni formada təqdim olunur: "Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrlərinin vəzifəyə təyin edilməsi Konstitusiyanın 109-cu maddəsinin (Prezidentin səlahiyyətləri) 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla, Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Konstitusiyanın 109-cu maddəsinin (Prezidentin səlahiyyətləri) 32-ci bəndinə uyğun olaraq aparılır”.

Maddənin qeyd olunan cümlələrinin hazırda qüvvədə olan variantı isə belədir: "Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin sədrlərinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininin və məhkəmə kollegiyaları sədrlərinin vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikasının digər məhkəmə sədrlərinin, habelə Azərbaycan Respublikası məhkəmələrinin sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin (Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini və məhkəmə kollegiyalarının sədrləri istisna olmaqla) təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq aparılır”.

Bununla da Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrlərinin təyinatı istisna olmaqla, digər məhkəmə sədrlərinin təyinatı Şuranın təqdimatı əsasında olacaq.

Layihə Milli Məclisin növbəti plenar iclasına tövsiyə olunub və IV çağırışın son iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırışda seçkilər keçiriləcək.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol