• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank yeni “myAccess” İnternet Bankinq xidmətini uğurla istifadəyə verdi - Fotolar

AccessBank yeni “myAccess” İnternet Bankinq xidmətini uğurla istifadəyə verdi - Fotolar
12.10.2015 15:22
Artıq müştərilər yeni innovativ "myAccess” İnternet Bankinq xidmətindən faydalana bilər

Bir neçə ay davam edən layihə üzrə intensiv işlərin icrasından sonra AccessBank uğurla yeni innovativ "myAccess” İnternet Bankinq xidmətini istifadəyə verdi. Artıq müştərilər bu xidmətdən faydalana bilər. Yeni "myAccess” xidməti Mərkəzi Avropada İnternet Bankinq sistemlərinin hazırlanması üzrə aparıcı şirkətlə birlikdə işlənib hazırlanıb. Bu təchizatçı daha əvvəl bu cür layihələri dünyanın iri bankları üçün həyata keçirərək onlara yerli bazarlarda İnternet Bankinq üzrə aparıcı mövqe tutmağa imkan yaradıb.

"myAccess” xidmətinin uğurla istifadəyə verilməsi bir daha göstərir ki, hətta bazarda hökm sürən hazırki mürəkkəb şəraitə rəğmən AccessBank çoxsaylı müştərilərin artan tələbatlarını qarşılamaq məqsədi ilə, onlara elektron bankinq üzrə ən qabaqcıl xidmətlər təklif etmək üçün müasir bank texnologiyasına sərmayə yatırmaqda davam edir” – layihənin təqdimat mərasimində AccessBank-ın İdarə Heyətinin sədr müavini, Pərakəndə Bankçılıq və Əməliyyatlar üzrə məsul şəxs Anar Həsənov yeni sistemin istifadəyə verilməsini şərh edərək bildirib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol