• $
  • €
  • ₽
  • ₺
  • £

“30 min iş yerinin bağlanması ciddi şəkildə araşdırılmalıdır”

“30 min iş yerinin bağlanması ciddi şəkildə araşdırılmalıdır”
13.10.2015 17:31
"İcbari tibbi sığortanın tətbiqini ləngitməməliyik” 


"30 min iş yeri bağlanması ciddi siqnaldır və bu dövlətə əlavə yük deməkdir”. Modern.az xəbər verir ki, bunu  Milli Məclisin oktyabrın 13-də keçirilən iclasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, həmin iş yerlərinin nə səbəbə bağlanması məsələsi ictimailəşməlidir:

"İş yerlərinin bağlanması dövlətdən əlavə məşğulluğa görə müavinətlərin alınmasına səbəb olacaq. Dövlət vəsait ayırır, prezident rayonlara səfərlərində iş yerlərinin açılışında iştirak edir. İş yerlərinin bağlanması səbəbləri araşdırılmalı və subyektiv səbəbləri varsa, aradan qaldırılmalıdır”.

Səhiyyənin inkişafından danışan Musa Quliyev bildirib ki, səhiyyəyə son illərdə büdcədən ayrılan vəsaitin həcmi artır:

"Hesab edirəm ki, gələn ildən gec olmayaraq icbari tibbi sığortanın tətbiqinə başlanmalıdır. Pilot şəkilində bunu tətbiq etməliyik ki, ondan sonrakı ildə keçidi həyata keçirək. Əgər yenə bunu ləngitsək, dövlətin büdcə yükünü artıracağıq.

Koxlear implantasiya, anadangəlmə hər iki qulağı eşitməyən uşağın reabilitasiyasını əlavə 2 və ya 2,5 milyon vəsaitin ayrılması hesabına etmək olar. Əgər bu edilməsə, onlar ömürlərinin sonuna qədər kar qalacaq və dövlət onlara müavinət verməli olacaq.

Hesablamalara görə, belə şəxslərə 75 min manatdan çox müavinət verilməlidir. Bəri başdan 10-12 min manat vəsait xərcləsək, biz bu yükü azalda bilərik”.

Musa Quliyev qeyd edib ki, səfirliklərdə çalışan işçilər, diplomatlar işlədikləri ölkələrdən gələrkən, orada əldə etdikləri daşınan əmlakı gətirərkən dövlət rüsumundan azaddırlar, amma Diplomat statusu olmayan, lakin beynəlxalq təşkilatlarda işləyənlər isə bununla bağlı problemlə üzləşir. 
"Dövlət göndərir və onlar orada əldə etdikləri daşınan əmlakı gətirərkən gömrük rüsumu ilə üzləşirlər. Hesab edirəm ki, diplomatlara edilən bu güzəşt onlara da edilməlidir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol