• $
  • €
  • ₽
  • ₺
  • £

Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsində qərarı ləğv edildi

Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsində qərarı ləğv edildi
13.10.2015 19:02
Bu gün Ali Məhkəmədə "REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, prosesdə İ. Məmmədovun vəkili Fuad Ağayev çıxış edib. O, bildirib ki, İ. Məmmədovun barəsində Avropa Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsi qətnamə qəbul edib: "Bütün sənədlərdə İlqar Məmmədovun yubanmadan azadlığa buraxılması tələb olunur”.
 
Vəkil məhkəmədən kassasiya şikayətinin təmin olunmasını və İ. Məmmədovun barəsindəki cinayət işinə xitam verilməsini xahiş edib.
 
Daha sonra çıxış edən T. Yaqublunun vəkili Nemət Kərimli isə prosesin həddindən artıq uzanmasına etiraz edib.
 
Dövlət İttihamçısı Rəsul Abbasov prosesdə çıxış edərək cinayət işinə xitam verilməsinə ehtiyac olmadığını, əvvəlki məhkəmə instansiyalarında həmin şəxslərin təqsirinin sübuta yetirildiyini qeyd edib. Bundan əlavə, o bildirib ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiəçilər tərəfindən verilən bəzi vəsatətlər təmin edilməyib, bu da Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulması kimi qiymətləndirilə bilər. Dövlət ittihamçısı buna görə məhkəmədən müvafiq qərar qəbul etməyi xahiş edib.
 
Müşavirədən sonra hakim qərarı elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
 
Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. 
 
Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol